"Novruz - Bahar bayramı" müsabiqə-sərgisinin
qalibləri mükafatlandırılıb
Ötən
gün Muzey Mərkəzinin İncəsənət
Qalereyasında uşaq, yeniyetmə və gənclərin rəsmlərindən,
əl işlərindən ibarət "Novruz. Bahar
bayramı" adlı müsabiqə-sərginin
açılışı olub. Mədəniyyət və
Turizm Nazirliyinin təşkilatçılığı ilə
keçirilən müsabiqə uşaqlar, yeniyetmələr və
gənclər arasında təsviri və tətbiqi-dekorativ sənətin
inkişaf etdirilməsi məqsədilə gerçəkləşib.
Nazir Əbülfəs Qarayev istedadlı uşaqların,
yeniyetmə və gənclərin vaxtında aşkara
çıxarılması, onlara dövlət
qayğısının artırılmasında bu tədbirin də
müəyyən rolu olduğunu, müsabiqənin ənənəyə
çevriləcəyini bildirib.
300-ə
yaxın rəsm və əl işi nümayiş etdirilən
müsabiqənin münsiflər heyətinin qərarı ilə
iki yaş qrupu üzrə qaliblərə və fərqlənən
iştirakçılara Nazirliyin diplomları, pul
mükafatları verilib. Müsabiqədə birinci yerləri
Günel Kərimli və Elməddin Yusifli tutub.
İştirakçılara sərgiyə təqdim olunan
işləri özündə əks etdirən kataloqlar və
DVD-lər paylanılıb.
ARİFƏ
525-ci qəzet.- 2009.- 17 mart.- S.7.