"Literarus" jurnalı Məmməd İsmayıl poeziyasına geniş yer verib

 

Son illərdə Türkiyədə yaşayan işləyən şair Məmməd İsmayılın yaradıcılığı ilə bağlı materiallara dünya mətbuatının səhifələrində mütəmadi yer verilir. Ötən il şair dünyanın bir çox ölkəsində olub, sənət adamları ilə görüşüb, Finlandiya Fransada keçirilən görüşlərdə Azərbaycan ədəbiyyatını layiqincə təmsil edib.

 Parisdə şairin hekayə şeirlərindən ibarət "Tale" kitabı işıq üzü görüb. 2009-cu il şair üçün uğurlu başlayıb. Helsinkidə hazırlanan, Skandinaviyadakı rus yazarların ədəbi orqanı olan "Literarus" jurnalı ötən illərdəki kimi, rüblük nəşrində yenə Məmməd İsmayılın yaradıcılığına geniş yer ayırıb. Redaksiyanın təqdimat məqaləsində deyilir: "Ünlü Azərbaycan şairi Məmməd İsmayılın indiyə qədər dünyanın müxtəlif dillərində otuzdan çox kitabı yayınlanıb. Təkcə Rusiyada "Dəymiş nar dənələri", "Söz vaxtına çəkər", "Dəniz üzərində əkin", "Yerlə göy arasında", "Müqəddəslərim mənim" başqa kitabları çap olunub. Bu kitablar haqqında Yuri Kuznetsov, Yevgeni Yevtuşenko, Natalya İvanova, Viktor Korkin, İqor Taraseviç digər şairlər, tənqidçilər Moskva qəzet jurnallarında məqalələr nəşr etdiriblər. M.İsmayılın əsərlərini rus dilinə Y.Kuznetsov, Aleksandr Kuşner, Lev Ozerov, Mixail Sinelnikov kimi nüfuzlu şairlər çeviriblər. Tərcümələrini jurnalda təqdim etdiyimiz Mixail Sinelnikov M.İsmayıl əsərlərinin mahiyyətini ustalıqla açır: "Böyük sözün əsl mənasında milli Azərbaycan şairi Məmməd İsmayılın şeir poemalarında onun parlaq həyatının bütün mərhələləri öz əksini tapıb. Mən Məmməd İsmayılı yalnız həqiqi, anadangəlmə şair kimi tanımadım, həm çox güclü xeyirxah bir şəxsiyyət kimi tanıdım". "Literarus" jurnalı olaraq, biz Məmməd İsmayılı oxucularımızla ilk dəfə 2006-cı ilin üçüncü nömrəsində tanış etmişik. Bu nömrəmizdə isə oxucularımıza şairin Finlandiya ilə bağlı essesini "Sirr", "Doğum anı", "Boğaz", "Allah unutmur", "Aman Tanrım", "Biz" şeirlərini təqdim edirik".

M.İsmayılla M.Sinelnikovu qırx illik dostluq əlaqəsi birləşdirir. Bu dostluq rus Azərbaycan ədəbiyyatları arasında əlaqələrin daha da möhkəmlənməsinə xidmət edir. Burada M.Sinelnikovun Xaqaninin "Divan"ını böyük müvəffəqiyyətlə ruscaya çevirdiyini xatırlatmaq da yerinə düşür.

Məmməd İsmayılın təşəbbüsü ilə, mərkəzi ofisi Ankarada yerləşən Avrasiya Yazarlar Birliyi M.Sinelnikovu 2006-cı ilin oktyabr ayında Türkiyəyə dəvət etmişdi. M.Sinelnikovun o zaman Ankarada, İstanbulda M.İsmayılın yaşayıb-işlədiyi Çanaqqala şəhərində yazarlarla, oxucularla çox sayda görüşləri keçirilmişdi. Bu görüşlər zamanı o, iki layihəsini yerli ziyalılara təqdim etmişdi. Bu günlərdə M.Sinelnikov Moskvadan M.İsmayıla bu layihələr əsasında nəşr olunan iki kitab göndərib. Bunlardan biri M.Sinelnikovun tərtib etdiyi "Görünməz xeyir-dua" (Rus şeirində İslam motivləri"), ikincisi isə İslam motivləri əsasında özünün yazdığı şeirlərindən ibarət "Lazuret-tilsim daşı" kitabıdır. M.İsmayılın şair dostunun türk İslam mədəniyyətinə sevgisi ilə bağlı təqdimat məqaləsi onun tərcüməsində M.Sinelnikovun iki şeiri Türkiyədə çap olunan "Kardeş kalemler" dərgisinin fevral sayında dərc edilib.

Bunlardan başqa,?Ankarada çap olunan "Çağrı" dərgisində Məmməd İsmayılın "Bir dəmət şeir" adlı təqdimat yazısıyla şairlərimizdən Murad Köhnəqalanın, Sabir Sarvanın, Məmməd İlqarın Camal Əkməkçigilin şeirlərinə yer verilib.

 

 

Aynur QULİYEVA

 

525-ci qəzet.- 2009.- 17 mart.- S.7.