"Ənənəvi islam memarlığı"
mövzulu festival başlayıb
Muzey Mərkəzində
"Bakı - İslam
Mədəniyyətinin Paytaxtı
- 2009" mədəniyyət ili çərçivəsində
tələbə və
gənc memarlar üçün "Ənənəvi
islam memarlığı"
mövzusunda beynəlxalq
festivalın açılışı
olub. APA-nın məlumatına görə,
festival Azərbaycan Mədəniyyət
və Turizm Nazirliyi, Azərbaycan Memarlıq və İnşaat Universiteti və İtaliyanın
"Romualdo del Byanko" Fondunun birgə təşkilatçılığı
ilə keçirilir. Açılış mərasimində çıxış edən
mədəniyyət və
turizm naziri Əbülfəs Qarayev bu cür tədbirlərin
keçirilməsini Azərbaycanın
mədəni və tarixi irsinin qorunması yönündə
atılan mühüm
addımlar kimi qiymətləndirib. O bildirib
ki, martın 19-dək
davam edəcək
festival çərçivəsində qonaqlara Azərbaycanın işğal altındakı
torpaqları, dağıdılan
tarixi, memarlıq abidələr və Azərbaycanın mədəni
irsi haqqında geniş məlumatlar veriləcək.
Tədbirdə Azərbaycanın
təhsil naziri Misir Mərdanov, Azərbaycan Şəhərsalma
və Arxitektura Komitəsinin sədri Abbas Ələsgərov,
"Romualdo del Byanko"
Fondunun sədri Paolo
del Byanko, Azərbaycan
Memarlıq və İnşaat Universitetinin rektoru Gülçöhrə
Məmmədova və
başqaları da çıxış ediblər.
525-ci qəzet.- 2009.- 17 mart.- S.7.