Dayandur Sevginin oxucularla üçüncü
görüşü
Bu yaxınlarda
"Yazıçı" nəşriyyatında şair
Dayandur Sevginin "50-dən o yana yollar yoxuşdu" şeirlər
kitabı işıq üzü görüb. Sərvaz
Hüseynoğlunun redaktorluğu ilə çap olunan kitaba
filologiya elmləri namizədi, tənqidçi Vaqif Yusifli
önsöz yazıb. "Əlli yaşın hekayəti"
adlı önsözdə tənqidçi yazır:
"Dayandur gözəl sevgi şeirlərinin müəllifidir.
Onun sevgi hissləri yaşanılmış hisslərin məhsuludur
və bu şeirlərdə sünilik görmədim. Dayandur
Sevgin əlli yaşına ürəkaçan şair taleyilə
qədəm qoyub və mən onun şeirlərindəki
etirazçı ovqatı, zəmanədən və insanlardan
şikayətini də təbii qəbul edirəm". Kitabda
şairin müxtəlif mövzularda qələmə
aldığı şeirlərlə birgə "Dayandur
Sevginin yaradıcılığı ədəbi tənqidin
gözü ilə" bölümü də yer alıb. Bu
bölümə filologiya elmləri namizədi Sona Vəliyeva,
filologiya elmləri doktoru Təyyar Salamoğlu, doktor İsa
Kayacan, Fariz Çobanoğlu və başqalarının
Dayandur Sevginin poeziyası haqqında məqalələri
daxildir.
Xatırladaq ki, bu,
şairin "Boyuma biçildi dərd", "Mən bilmirəm
ayrılmağın yolunu" kitablarından sonra oxucularla
üçüncü görüşüdür.
Sevinc MÜRVƏTQIZI