Bitməyən yazıçı
ömrü
MEHDİ HÜSEYNİN 100
İLLİYİNƏ
Azərbaycanın xalq
yazıçısı Mehdi Hüseyn yaşadığı
dövrdə ədəbiyyatımızın beşiyi
başında dayanıb, bütöv bir ədəbi nəslin
tərbiyəsində mühüm rol oynayıb. Həmin ədəbi
qüvvələr sırasında xalq
yazıçıları İsmayıl Şıxlının
və İsa Muğannanın adlarını xatırlatmaq kifayətdir
ki, Mehdi Hüseynin kimliyini, hansı ustad gücünə malik
olduğunu dərk edəsən. Hər iki sənətkar
ustadın ümidini doğruldub, böyük ədəbi
simaya çevrilib, Mehdi Hüseynin layiqli
davamçıları olublar. Mehdi Hüseyn öz
prinsipiallığı, cəsarəti və
qorxmazlığı ilə daim ədəbiyyatımızın
keşiyini çəkib. Özü
də ilk gənclik illərindən.
Tərcümeyi-halına
nəzər salanda bunu daha aydın görmək olur: 1909-cu il
martın 21-də Qazaxda doğulub, 1965-ci il martın 10-da Bakıda
vəfat edib. Atası Əli Hüseynov görkəmli pedaqoq
olub. Mehdi İkinci Şıxlı məktəbində, Qazax
seminariyasında, nəhayət, APİ-nin tarix fakültəsində
təhsil alıb. 21 yaşında - 1930-cu ildə Azərbaycan
Proletar Yazıçılar İttifaqının məsul
katibi seçilib. Həmin il iki hekayələr kitabı
çap edilib. 22 yaşında ədəbi tənqidi məqalələr
toplusu - "Ədəbi döyüşlər" və
"Molla Pənah Vaqif" kitabı çapdan
çıxıb. İlk mətbu hekayəsi "Yun
qırxımı"nı 1927-ci ildə yazıb. 1937-38-ci
illərdə Moskvada ali ssenari kurslarında oxuyub.
Povestləri:
"Daşqın", "Kin", "Fəryad"...
Romanları: "Tərlan",
"Abşeron", "Qara daşlar", "Səhər",
"Yeraltı çaylar dənizə axır"...
Dramları:
"Nizami", "Şöhrət", "Şeyx
Şamil", "Cavanşir", "Alov"...
Ssenariləri:
"Şair", "Fətəli xan", "Səhər"...
1979-cu ildə
İsmayıl Şıxlı və Zivər
Hüseynovanın redaktorluğu ilə
yazıçının on cildlik əsərləri çap
olunub.
Müxtəlif vaxtlarda
jurnal redaktoru, Yazıçılar Birliyinin I katibi işləyib.
SSRİ Ali Sovetinin deputatı seçilib.
Yazıçının
9-cu cildinə yazılmış qeydlər hissəsində
oxuyuruq:
"Həyatını
Azərbaycan ədəbiyyatının yaranması və
inkişafına həsr edən Mehdi Hüseyn 40 il ərzində
nəsr, dram əsərləri ilə yanaşı ədəbi-tənqidi
ilə oxucuların dərin hörmətini qazanıb. Dərin
savadı, geniş erudisiyası və zəngin həyat tərcrübəsi
olan Mehdi Hüseynin ədəbi-bədii tənqidi
yaradıcılığı, özünün
döyüşkənliyi, mübarizliyi, məzmunlu olması,
kəskinliyi və səmimiyyəti ilə səciyyələnir.
Qələmə aldığı məqalələrdə
mövqe aydınlığı, tutarlı dəlillərə
əsaslanan güclü məntiq hökmran olsa da, bəzi
iradlar, mübahisəli cəhətlər də nəzəri
cəlb edir ki, bu da tamamilə qanunauyğun bir haldır".
Mehdi Hüseyn haqlı
olaraq yazır:
"Həmin qeydlərdə
yəqin ki, müəyyən təkrarlar, mübahisəli və
yanlış cəhətlər də yox deyildir. Ən
yaxşı snayperin də bəzən gülləsi hədəfə
dəymir, onlar üçün əsas şərt dostla
düşmənə fərq qoymaq bacarığı və səngərdə
möhkəm dayanmaqdır".
Mehdi Hüseynin hər
sözü, əsəri dərhal diqqəti cəlb edir,
müzakirə olunur, mübahisə mövzusuna çevrilirdi.
"Abşeron"
romanı çıxanda realist nəsrin qələbəsi
kimi qiymətləndirildi. O dövrün tənqidçiləri
Mehdi Hüseynin baş qəhrəmanı Tahiri Balzakın qəhrəmanları
ilə müqayisə edirdilər.
"Abşeron"u Venesuela yazıçısı Roman Sançesin
"Neft" romanı
ilə yanaşı tuturdular. Təsadüfi deyil ki, bu əsər dünyanın 30-dan çox
dilinə tərcümə
olunub. Səməd
Vurğun bu əsər haqqında yazıb: "Abşeron"
romanı öz həyatiliyi, həyatımızı
düzgün əks etdirməsi ilə bizi sevindirir". Fransız yazıçısı
Lui Araqon deyib: "Mehdi Hüseyn bütün biliyini və yaradıcılığını ədəbiyyatın vəzifələrindən
ayırmayan bir sənətkardır".
Məhz bu cəhətlərinə
görə xalqın sevgisini etibarını qazanmışdı. Bu etibarın
dayaq nöqtəsi yazıçı saflığı,
yüksəkinsan amalı
idi. Ədəbiyyatı müqəddəs sayırdı.
Mehdi Hüseyni
Vətənin, xalqın,
ədəbiyyatın böyük
problemləri düşündürürdü.
O, haqlı olaraq yazırdı: "Kiçik
fikir, xırda arzu, zəif ehtiras böyük şeiri qanadlandıra bilməz. Böyük ədəbi əsərlər
yaradan sənətkarın
ilk növbədə böyük
fikirləri, böyük
hissləri və ehtirasları olmalıdır".
Xalq
yazıçısı İsmayıl Şıxlının
bu fikri Mehdi Hüseynin ədəbiyyatımızda tutduğu
mövqeyi düzgün əks etdirir: "Mehdi Hüseyn dərin
nəzəri biliyə malik, həmişə ədəbi
mübarizələrin mərkəzində dayanan, ədəbiyyatın
məfkurə saflığı uğrunda vuruşan bir sənətkardır".
Belə bir sənətkar olduğu üçün də ümumxalq məhəbbəti
qazanmışdı. Görkəmli
yazıçı, dramaturq,
tənqidçi, ən
nəhayət ictimai xadim kimi!
Mehdi Hüseyn ədəbi
keçmişi dərindən və ciddi öyrənməyi
tövsiyə edirdi. Ədəbiyyatın, sənətin, sözün
bu günü, gələcəyi uğrunda
səngərə atılırdı. Vuruşurdu, çarpışırdı,
yorulurdu, amma geri çəkilmirdi.
Nə edirdisə, xalqından ötrü edirdi, bilirdi ki, xalq
bu zəhməti, bu döyüşü qiymətləndirəcək. "Şeyx Şamil" əsərində belə
bir epizod var: Şamilin ən ağır məqamıdır. Oğlu Məhəmməd
ağır yaralanır,
çar qoşunu hücuma keçib. Xalq onu müdafiə edir. Şamil bunu görüb deyir:
- Sağ
olsunlar! İndiyə kimi düz 20 il mən
onlar üçün
vuruşdum, indi onlar mənim üçün vuruşurlar!
Vaxtilə Mehdi Hüseyn
bu xalq üçün az əziyyət çəkməyib. İndi bu xalq onun
əziyyətini çəkib
yubileyini keçirir. İsmayıl
Şıxlı düz
deyib: "Onsuz bu ədəbiyyatı təsəvvür etmək
qeyri-mümkündür".
56 il özü
yaşadı, 44 ildi sözü yaşayır. Osman Sarıvəllinin
"hər kim
yüz il yaşamasa, günah onun özündədir"
şeirinə qulaq kəsilə-kəsilə özü
gəlib axır ki, yüzə də çatdı. Sözünün yaşı nə
qədərdir və nə qədər olacaq, görəsən?
Nəhayət, "Alov" pyesinin
sonluğunu yadınıza
salın. Səməndər quşu əbədi odlar-alovlar içində yansa da, heç
zaman ölmür.
O əfsanəvi quşun
taleyi əslində insanın öz taleyidir. Mehdi Hüseynin öz taleyidir!
Barat VÜSAL
525-ci qəzet.- 2009.- 18 mart.- S.7.