"Xəzər"
jurnalının yeni sayı çapdan çıxıb
Azərbaycan Tərcümə
Mərkəzinin nəşri olan dünya ədəbiyyatı
jurnalı "Xəzər"in yeni sayı işıq
üzü görüb. Jurnalda fransız şairi Şarl Bodlerdən şeirlər, Moris Meterlinkin Nobel nitqi və pyesləri yer alıb. Oxucular dərginin bu sayında "Ədəbi
korifeylər" rubrikasında
Arseni Tarkovskidən məktublar və şeirlərlə tanış
ola biləcəklər.
Onları dilimizə Vaqif
Bayatlı Odər çevirib. "Xəzər"in
"İngilis ədəbiyyatı"
rubrikasında Somerset Moemin
"Teatr" romanı,
"Yeni adlar" rubrikasında Daniil Xarmsdan seçmələr,
"Təqdimat" rubrikasında
isə Selim Temonun şeirləri oxuculara təqdim olunub. Macar yazıçısı İştvan Qallın jurnalın bu sayında dərc olunan "Kaff-ka" hekayəsi maraqla qarşılanacaq nəsr əsərləri sırasındadır.
Hekayənin tərcüməçisi Rövşən Ramizoğludur.
Jurnalda Robert Minnulinin
"Yağışdan sonra",
"Uçuş", "Uşaqlıq alması",
"Könül simi",
"Qulunlar", "Duman",
"Gecə dənizi",
"Yuvacıq", "Əgər
məni xatırlasan",
"Dağlar", "Payız
sevgisi" və başqa şeirləri çap olunub. Şeirləri tatarcadan Əsəd
Cahangir çevirib.
"Müsahibə" rubrikasında Con Dos Passos ilə "Sovet İttifaqının və
Qərbin keçdiyi yol bir-birinə çox bənzəyir..."
adlı söhbət verilib. Bu sayda
Jorji Amadunun "Qumsallıq kapitanları"
adlı romanının
növbəti hissəsi
də dərc olunub.
"Xəzər"in
oxucularının jurnalın
bu sayındakı
"Ədəbi mozaika"
rubrikasında "Qonkur"
və "Renado" mükafatlarının laureatları
açıqlandı", "Con Apdayk vəfat edib", "Markes yeni roman yazır",
"Qriqore Vieru vəfat edib", "Şair hökumətə
xəbərdarlıq etdi",
"Parisdə ədəbi
festival keçiriləcək",
"Ernest Heminqueyin həyatı
haqqında film çəkilir"
kimi xəbərləri
öyrənmək imkanı
var.
ÜLKƏR
525-ci qəzet.- 2009.- 30 mart.- S.7.