Anarın "Ağ qoç, qara qoç" əsəri alban dilində nəşr olunub
Xalq
yazıçısı Anarın "Ağ qoç, qara
qoç" povesti alban dilində nəşr edilib. Bu barədə
APA-ya Azərbaycan Yazıçılar Birliyinin mətbuat xidmətindən
məlumat verilib. Buxarestdə "Librarium Haenmuş" nəşriyyatında
nəşr olunan kitabı alban dilinə Kopi Kiçik tərcümə
edib. Tərcüməçi kitaba alban oxucularının
Anarın tərcümeyi-halı və
yaradıcılığı ilə tanış edən
müqəddimə də yazıb.
"Ağ qoç, qara
qoç" povesti alban dilindən əvvəl türk, rus,
ingilis, rumın və qazax dillərində də çap
olunub.