Azərbaycan nəşrləri
Macarıstanda nümayiş
etdirilib
Macarıstan Respublikasında "Azərbaycan Kitabı Ayı" keçirilib. Mədəniyyət və Turizm Nazirliyinin mətbuat xidmətindən APA-ya verilən məlumata görə, tədbir fevral-mart aylarında baş tutub. Azərbaycan haqqında məlumatların yayılması, respublikamızın Avropa ölkələrində daha yaxından tanıdılması və təbliği məqsədilə Macarıstandakı səfirliyimizə kitab kolleksiyası göndərilib. Bu ay çərçivəsində Macarıstan Milli Elmlər Akademiyası kitabxanasına, bir sıra ali məktəblərin kitabxanalarına Azərbaycan haqqında kitab, elektron nəşrlər və digər materiallar təqdim edilib. Təqdimetmə mərasimi çərçivəsində kitabların sərgisi də təşkil olunub. Mədəniyyət və Turizm Nazirliyi tərəfindən hədiyyə olunmuş kitablar Macarıstan kitabxanalarının elektron kataloqlarına daxil edilib.