Azərbaycanda xüsusi xidmət orqanlarının
yaradılmasının 90 ili
tamam olub
Martın 28-də Azərbaycanda
xüsusi xidmət orqanlarının yaradılmasının 90
ili tamam olub. Qeyd edək ki, 1919-cu il, martın 28-də Azərbaycan
Demoktarik Cümhuriyyətinin Hərbi Nazirliyinin tərkibində
kəşfiyyat və əks-kəşfiyyat bölməsi
yaradılıb. Sonradan həmin gün Milli Təhlükəsizlik
Nazirliyi əməkdaşlarının peşə bayramı
kimi rəsmiləşib.
Azərbaycan prezidenti
İlham Əliyev milli təhlükəsizlik
orqanlarının 90 illik yubileyi münasibətilə
orqanın əməkdaşları və veteranlarını təbrik
edib. Təbrikdə deyilir ki, dövlətçiliyin əsas
dayaqlarından biri olan Milli Təhlükəsizlik Nazirliyi 90
illik mürəkkəb və eyni zamanda şərəfli
inkişaf yolu keçib. 1919-cu il martın 28-də Azərbaycan
Demokratik Respublikasının kəşfiyyat və əks-kəşfiyyat
qurumu kimi yaradılan xüsusi bölmə öz fəaliyyətinə
ermənilərin Azərbaycana qarşı ərazi
iddialarının və azərbaycanlılara qarşı
soyqırımı siyasətinin, ölkə daxilində
müxtəlif təxribatların qarşısının
alınması ilə başlayıb. Heydər Əliyev təhlükəsizlik
orqanlarına rəhbərlik etdiyi dövrdə xüsusi xidmət
orqanlarının Azərbaycanın gələcəyinə
hesablanmış milli təməllər üzərində
formalaşdırılması, xalqın milli maraqlarının
qorunması və özünüdərkinin dirçəldilməsi
məqsədilə bir sıra mühüm tədbirlər həyata
keçirib: "1991-ci ildə dövlət müstəqilliyi
bərpa edildikdən sonra Azərbaycan Ermənistanın hərbi
təcavüzü, separatizm və dövlətçiliyin
itirilməsi təhlükəsi ilə, dərin siyasi-iqtisadi
böhranla, qanunsuz silahlı dəstələrin və cinayətkar
qrupların tüğyan etməsi ilə, ölkəyə rəhbərlik
edən şəxslərin səriştəsizliyinin
doğurduğu problemlərlə üzləşdi. Məhz
belə ağır şəraitdə xalqın təkidi ilə
siyasi rəhbərliyə qayıdan ümummilli liderimiz Heydər
Əliyev ölkəni vətəndaş müharibəsindən
xilas etdi, qanunçuluğun və ictimai-siyasi sabitliyin bərpasına
nail oldu, demokratik, hüquqi dövlətin möhkəm
bünövrəsini qoydu.
Milli maraqların
qorunmasında təhlükəsizlik orqanlarının əhəmiyyətini
nəzərə alaraq, onların fəaliyyətinə daim
xüsusi diqqət və qayğı ilə yanaşan ulu
öndərimiz müstəqil Azərbaycanın milli təhlükəsizlik
siyasətinin əsas prioritetlərini müəyyən etdi,
xüsusi xidmət orqanlarının fəaliyyətində
köklü islahatlar həyata keçirdi, kadr
potensialının daim yeniləşdirilməsi və gücləndirilməsi
üçün Milli Təhlükəsizlik
Akademiyasını təsis etdi".
Dövlət
başçısının sözlərinə görə,
bu gün təhlükəsizlik orqanları Azərbaycanın
siyasi-iqtisadi maraqlarının təmin olunmasında,
konstitusiya quruluşunun qorunmasında, kəşfiyyat və əks-kəşfiyyat,
transmilli mütəşəkkil cinayətkarlıqla
mübarizə və digər sahələrdə mühüm
nailiyyətlər əldə ediblər. Xarici xüsusi xidmət
orqanlarının və ayrı-ayrı şəxslərin Azərbaycanın
həyati maraqlarına qarşı yönəlmiş destruktiv
fəaliyyətinin qarşısının alınması,
ölkənin daxili və xarici siyasətini həyata
keçirmək üçün əlverişli şərait
yaradılması məqsədi ilə təhlükəsizlik
orqanlarının gördükləri tədbirlər, qlobal
informasiya məkanında erməni təcavüzünə
qarşı apardıqları işlər, terrorçuluqla,
transmilli mütəşəkkil cinayətkarlıqla
mübarizə daha səmərəli və sistemli xarakter
alıb.
"Qloballaşma proseslərinin
ümumi sülh və təhlükəsizlik üçün
doğurduğu təhlükələr milli təhlükəsizlik
orqanları qarşısında Azərbaycanın dövlət
müstəqilliyini və ərazi
bütövlüyünü qorumaq, onun təhlükəsizliyini
və demokratik sabitliyi təmin etmək, terrorçuluğa,
dini ekstremizmə və separatçılığa
qarşı mübarizə sahəsində fəaliyyəti
daha səmərəli şəkildə təşkil etmək
kimi mühüm vəzifələr qoyur. XXI əsrin
çağırışlarına vaxtında və effektiv
cavab vermək məqsədi ilə Milli Təhlükəsizlik
Nazirliyinin maddi-texniki bazasının müasirləşdirilməsi,
əməkdaşların sosial müdafiəsinin gücləndirilməsi,
onların peşəkarlığının
artırılması üçün xeyli iş
görülmüşdür və dövlətin xüsusi
xidmət orqanlarına qayğısı bundan sonra da davam edəcəkdir.
Bu isə öz növbəsində milli təhlükəsizlik
orqanlarının məsuliyyətini daha da artırır.
Əminəm ki, təhlükəsizlik
orqanları bütün vəzifələrin öhdəsindən
layiqincə gələcək, milli dövlətçilik
ruhunda tərbiyə edilən zabitlərimiz vətənimizə
hədsiz sədaqət, vətənpərvərlik, igidlik
nümayiş etdirəcəklər".
Prezident İ.Əliyev
dövlətin təhlükəsizliyinin təmin olunması və
qüdrətlənməsi naminə milli təhlükəsizlik
orqanları əməkdaşlarına fəaliyyətlərində
uğurlar arzulayıb.
Prezident İlham Əliyev
həmçinin milli təhlükəsizlik orqanlarının
90 illik yubileyi münasibətilə Milli Təhlükəsizlik
Nazirliyinin bir sıra əməkdaşlarını təltif
edilməsi haqqında sərancam imzalayıb. MTN əməkdaşları
Azərbaycan Respublikasında milli təhlükəsizliyin təmin
edilməsində, xarici xüsusi xidmət orqanlarının kəşfiyyat
fəaliyyətinin aşkarlanması və
qarşısının alınmasında, beynəlxalq
terrorçuluq və transmilli mütəşəkkil cinayətkarlıqla
mübarizədə yüksək peşəkarlıq və
igidlik göstərdiklərinə, xidməti vəzifələrini
yerinə yetirərkən fərqləndiklərinə görə
mükafatlandırılıblar (ANS PRESS).
525-ci qəzet.- 2009.- 30 mart.- S.2.