Dünyanın ən yaşlı sakinlərindən
biri İsmayıllıda
yaşayır
Dünyanın ən
uzunömürlü insanlarından biri İsmayıllı
rayonunun Kürdmaşı kəndində yaşayır. APA-nın
Şirvan bürosunun məlumatına görə, 1890-cı
ildə anadan olmuş Nübar Ramazan qızı Həsənovanın
hazırda 119 yaşı var. Həyat yoldaşı 1942-ci ildə
II Dünya müharibəsində həlak olan Nübar Həsənova
övladlarını çox çətinliklə
böyüdüb boya-başa çatdırıb. Hazırda
Nübar nənənin 2 övladı, 15 nəvəsi, 75 nəticəsi,
28 kötücəsi və 2 yaddıcası var.
Nübar nənənin maraqlı xatirələri
var. Ermənilərin 1918-ci ildə azərbaycanlılara
tutduğu divanı, həmvətənlərimizə verdikləri işgəncələri
gözləri ilə gördüyünü bildirir:
"1918-ci ilin mart-aprel
ayında erməni daşnakları ilə bolşevik ruslar birləşərək İsmayıllı
və Göyçayın
bir neçə kəndində qanlı qırğınlar törədib, əliyalın
əhaliyə zülm
ediblər. Çörəyimizi
əlimizdən aldılar,
qab-qacağımızı
murdarladılar, qadınları,
qızları, uşaqları
döydülər, təhqir
etdilər, kişiləri
öldürdülər. Ermənilər
kəndləri dağıdaraq
xarabazara çevirdilər.
Türk-Qafqaz İslam
Ordusunun əsgərləri
Nuru Paşanın komandanlığı ilə
əliyalın, silahsız
və günahsız insanlara köməklik göstərmək ğzğn
Azərbaycana gəldilər.
Onların gəlişini
eşidib sevindik. Bizə dedilər ki, hara gedirsiniz,
geri qayıdın, türklər gəlib bizi xilas etməyə.
Belə də oldu. Türk ordusu Azərbaycan əsgərləri ilə
birləşib daşnak
erməniləri və
bolşevik rusları kəndlərimizdən qovub
çıxardılar". Nübar nənə uzunömürlü, sağlam
və gümrah olmasının sirlərini
də açıqlayıb:
"Mən həmişə
zəhmətkeş olmuşam,
halal pul qazanmışam, süd və tərəvəz məhsulları ilə qidalanmışam və ömrüm boyu namaz qılmışam və indi də
Allaha ibadət edirəm". O, yaşının
çox olmasına baxmayaraq evdə, həyətdə sərbəst
hərəkət edir,
toyuq-cücə bəsləyir, özü
yemək bişirir, çay dəmləyir. Bu işləri görərkən eynəkdən
də istifadə etmir, yaddaşından da şikayəti yoxdur. Nübar Həsənovanın oğlu
Şükür Həsənovun
70, qızı Zemfira Cəbiyevanın 80 yaşı
var. Uzun ömür sürən Zemfira Cəbiyeva 10 uşaq anası olduğu üçün
"Qəhrəman ana"
fəxri adına layiq görülüb.
525-ci qəzet.- 2009.- 30 mart.- S.2.