Naxçıvanlı alimlər Boluda keçirilən elmi simpoziumda iştirak ediblər

 

Türkiyənin Bolu şəhərində Abant İzzət Baysal Universitetinin, AMEA Folklor İnstitutunun Özbəkistan Fənlər Akademiyası Dil Ədəbiyyat İnstitutunun təşkilatçılığı ilə keçirilənKoroğlu, Bolu Tarixi Mədəniyyətiadlı beynəlxalq simpoziuma AMEA Naxçıvan Bölməsinin əməkdaşları da qatılıblar. İki gün davam edən simpoziumda Türkiyə, Azərbaycan, Türkmənistan, Qazaxıstan, Özbəkistan, Qırğızıstan, Tatarıstan, İran, Almaniya, Moldova digər ölkələrdən gəlmiş 70-ə yaxın elm adamı Koroğlu haqqında müxtəlif tədqiqatları, axtarışları barədə məruzə edib. Simpoziumda Boluda Koroğlu adının geniş yayılmasından, bu şəhərin tarix mədəniyyətində xüsusi yer tutmasından ətraflı bəhs edilib. Eyni zamanda tədbirdə türk xalq yaradıcılığının ardıcıl öyrənilməsinin əhəmiyyətindən, Bolu Xalq Kültürü Araşdırma Mərkəzinin bu sahədə gördüyü işlərdən danışılıb. Simpoziumda AMEA Naxçıvan Bölməsinin İncəsənət, Dil Ədəbiyyat İnstitutunun əməkdaşı, filologiya elmlər doktoru Məhərrəm CəfərlininKoroğlu dastanının mifoloji bağlamada araşdırılma tarixi (Azərbaycan təcrübəsi), həmin institutun Folklorşünaslıq şöbəsinin kiçik elmi işçisi Elxan MəmmədovunKoroğlunun Azərbaycan variantında aşıq şeiri şəkilləri”, Onomastika şöbəsinin əməkdaşı Elmar HüseynovunKoroğlunun Paris nüsxəsində toponimlər digər mövzulardakı çıxışlar iştirakçılar tərəfindən maraqla qarşılanıb. Məruzələr ətrafında müzakirələr aparılıb. Beynəlxalq simpoziumun sonuncu günündə qonaqlar Koroğlunun Çənlibeli olması ehtimal edilən Sarıalan yaylasında, eləcə xalq arasında evinin olduğu güman edilən Aşağı Sayık kəndində olublar.

 

 

Türkanə BƏYLƏRLİ,

AMEA Naxçıvan Bölməsi

İnformasiya şöbəsinin əməkdaşı

 

525-ci qəzet.- 2009.- 4 noyabr.- S.7.