Zərəngiz Dəmirçi “Qayalı”ya imza atıb
Ötən gün Yazıçılar
Birliyinin “Bayatı” kitab mağazasında şairə Zərəngiz
Dəmirçinin “Qayalı”
kitabının təqdimatı
keçirilib.
Tədbiri giriş sözü ilə açan “Ulduz” jurnalının baş redaktoru, yazıçı-dramaturq
Elçin Hüseynbəyli
Z.Dəmirçinin yaradıcılığından
danışıb, onun
istedadlar yetirən bir yurdun layiqli
övladı, dəyərli
qələm sahibi olduğunu önə çəkib.
Şairlər Firuzə Məmmədli,
Mahirə Abdulla Z.Dəmirçinin
fəal vətəndaş
mövqeyinə, narahat
və duyğulu bir qəlbə, özünəməxsus yaradıcılıq
üslubuna malik söz adamı kimi dəyərləndiriblər.
“Zərəngiz Dəmirçi
hələ 9 yaşından
şeir yazır.
Gənc yaşlarından
görkəmli ədəbiyyat
adamlarının əhatəsindədir.
Bütün bunlar onun yaradıcılığına
öz müsbət təsirin göstərib, vətənpərvər şairə
kimi ədəbiyyat aləminə qədəm
qoyub”. Bu fikirləri isə tədbirdə şairə
Fəridə Ləman
səsləndirib.
Salatın Əhmədli, Fərqanə və başqa həmkarları da Z.Dəmirçi haqqında söz açaraq, yeni kitabı münasibətilə onu təbrik edib, yaradıcılıq uğurları arzulayıblar.
Tədbirdə tələbələrin
ifasında Z.Dəmirçinin
şeirləri səslənib.
Mərasimin sonunda müəllif çıxış edərək,
tədbirin təşkilində
zəhməti olanlara və iştirakçılara
minnətdarlığını bildirib.
S.MÜRVƏTQIZI
525-ci qəzet.- 2009.- 5 noyabr.- S.7.