“Azərbaycan-Hindistan
əlaqələri” təqdim
olunub
“Hindistan Evi”ndə əməkdar mədəniyyət işçisi, jurnalist Afət Sadıqoğlunun “Azərbaycan-Hindistan əlaqələri” kitabının təqdimatı keçirilib. Hindistanın Azərbaycandakı səfiri Debnad Şou Azərbaycan-Hindistan əlaqələrinin tarixindən, müasir dövrdə dövlətlərarası diplomatik münasibətlərin yaranması və inkişafından söz açıb: “Kitabda müəllifin əsasən iki ölkənin siyasi, mədəni, sosial və digər sahələrdə yaranmış dostluq əlaqələri öz əksini tapıb”. Kitabın elmi redaktoru, tarix elmləri doktoru Abbas Seyidov əsərdə Azərbaycan-Hindistan əlaqələrinin tarixi köklərindən bəhs olunduğunu diqqətə çatdırıb: “Burada hindistanlı tacirlərin tarixən Bakıya, Gəncəyə ipək, ədviyyat, çay, qiymətli daşlar gətirdiklərindən, Azərbaycandan panbıq, duz, neft və yağ apardıqlarından danışılır. Azərbaycanda yaranmış Atəşpərəstlik və Zərdüştlük ənənəsi öz ikinci evini Hindistanda tapıb və ta qədimdən Bakıya gələn hindistanlı tacirlər mütləq Atəşgah məbədini ziyarət ediblər”. Müəllif öz çıxışında tədbirin təşkilatçılarına və iştirakçılarına təşəkkür edib. Tədbir Hind və Azərbaycan musiqiləri ilə yekunlaşıb.
SARA
525-ci qəzet.- 2009.- 5 noyabr.- S.7.