Azərbaycanlı rəssamlar Rusiya Rəssamlıq Akademiyasının
fəxri üzvü seçiliblər
Rəssamlar
İttifaqının katibi Salhab Məmmədov və əməkdar
incəsənət xadimi Çingiz Fərzəliyev Rusiya Rəssamlıq
Akademiyasının fəxri üzvü seçilib. Bu barədə
APA-ya Mədəniyyət və Turizm Nazirliyinin mətbuat
katibi İntiqam Hümbətov məlumat verib. İ.Hümbətovun
sözlərinə görə, bu münasibətlə fəxri
titulların təqdimat mərasimi keçirilib. Həmin
mükafatları hər iki rəssama Rusiya Rəssamlıq
Akademiyasının vitse-prezidenti, xalq rəssamı Tahir
Salahov, Rusiyanın Azərbaycandakı səfiri Vladimir Doroxin təqdim
ediblər. Mərasimdə Azərbaycan Rəssamlıq
Akademiyasının rektoru, xalq rəssamı Ömər
Eldarov, Moskva Dövlət Universitetinin Bakı Filialının
rektoru, professor Nərgiz Paşayeva, mədəniyyət və
turizm naziri Əbülfəs Qarayev, akademik Vasim Məmmədəliyev,
xalq yazıçıları Maqsud İbrahimbəyov,
Çingiz Abdullayev və digər tanınmış mədəniyyət,
incəsənət xadimləri, dövlət rəsmiləri
iştirak ediblər.
525-ci qəzet.- 2009.- 5 noyabr.- S.7.