“Arşın
mal alan” Qazaxıstanda tamaşaya qoyulub
Üzeyir Hacıbəylinin “Arşın mal alan” musiqili komediyası Qazaxıstanın paytaxtı Almatı şəhərindəki Kujamyarov adına Uyğur Dövlət Musiqili Komediya Teatrında səhnələşdirib. Uyğur Dövlət Musiqili Komediya Teatrının rejissoru Yalkunjan Şamiyev APA-nın Qazaxıstandakı müxbirinə bildirib ki, 100 yaşı olan bu əsər tamaşaçı üçün hər zaman təzədir və aktyorlar nəsli dəyişsə də, tamaşa öz aktuallığını itirmir. Baş rolun ifaçısı Abliz Uşamov isə tamaşanı 1 ay ərzində hazırladıqlarını deyib. Onun sözlərinə görə, bu tamaşa şəhərin başqa teatrlarında da göstərilsə də, tamaşaçıların sayı azalmır.
525-ci qəzet.- 2009.- 5 noyabr.- S.7.