“Əbdürrəhman Cami
əlyazmaları” işıq
üzü görüb
Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Məhəmməd Füzuli adına Əlyazmalar İnstitutu filologiya elmləri doktoru Cənnət Nağıyevanın “Əbdürrəhman Cami əlyazmaları” kataloqunun birinci cildini nəşr etdirib. AMEA-nın mətbuat xidmətindən verilən məlumata görə, XV əsrdə yaşamış görkəmli fars-tacik şairi Ə.Cami Azərbaycanın nüfuzlu dövlət xadimləri və şairləri ilə dostluq əlaqələri qurub. Şairin ölkəmizdə saxlanan çoxsaylı əlyazmaları da bunu təsdiq edir. Onun əsərlərindən uzun müddət Azərbaycan mədrəsələrində dərs vəsaiti kimi istifadə olunub. Kataloqda Ə.Caminin Əlyazmalar İnstitutunda saxlanılan divanları haqqında elmi məlumatlar yer alıb. Kitabın elmi redaktoru filologiya elmləri doktoru Möhsün Nağısoyludur.
SARA
525-ci qəzet.- 2009.- 5 noyabr.- S.7.