Muğam Azərbaycan bəstəkarlarının yaradıcılığındamövzusu müzakirə edilib

 

Noyabrın 4-də Azərbaycan Musiqi Mədəniyyəti Dövlət Muzeyinin nəzdində fəaliyyət göstərən Klassik Musiqisevərlər Klubunun növbəti tədbiri keçirilib. Tədbir maestro Niyazinin ev-muzeyində baş tutub. Muğam Azərbaycan bəstəkarlarının yaradıcılığındamövzusuna həsr olunan mərasimi giriş sözüylə Niyazinin ev-muzeyinin müdiri Rza Bayramov açaraq, xoş bir ənənəyə çevrilən bu cür tədbirlərin keçirilməsinin əhəmiyyətindən danışıb. O qeyd edib ki, muğam Azərbaycan bəstəkarlarının yaradıcılığında çox önəmli yer tutur. 1935-ci ildə 23 yaşlı NiyaziRastŞurmuğamlarını Cabbar Qaryağdının ifasında nota alıb. 1949-cu ildəRastmonumental simfonik əsərini bəstələyərək bu sahədə birincilərdən olub. Bir sıra bəstəkarlarımız öz əsərlərində muğamlardan geniş istifadə ediblər”.

Sənətşünaslıq namizədi Gülarə VəzirovaMuğam Azərbaycan bəstəkarlarının opera yaradıcılığındamövzulu məruzə ilə çıxış edib. O, çıxışında muğamla operanın vəhdətindən danışıb: “Azərbaycanda opera muğamla bir arada inkişaf edib görkəmli bəstəkarlarımız opera janrında yaratdıqları əsərlərdə muğamlardan bəhrələniblər”.  

Azərbaycan musiqisinin tacı olan muğamlar bütün janrlara, ən çox da xalq mahnılarına təsir göstərib. Hələ xalq mahnılarının inkişaf etdiyi dönəmlərdə bu mahnılara muğamlar əlavə olunurdu. Bu tendensiya sonralar bəstəkar mahnılarına da təsir etdi. Lakin bütün bəstəkar mahnılarına muğam əlavə etmək mümkün deyil. Burada müğənninin imkanları mahnının quruluşu önəmli rol oynayır”. Bu fikirlər Bakı Musiqi Akademiyasının professoru Ceyran MahmudovaMuğam Azərbaycan bəstəkarlarının mahnılarıadlı məruzəsində yer alıb.

Tədbirdə Milli Konservatoriyanın, musiqi məktəblərinin tələbələri konsert proqramı ilə çıxış ediblər.

 

 

Hüsniyyə İSMƏTQIZI

 

525-ci qəzet.- 2009.- 6 noyabr.- S.7.