“Aran” Ədəbi Birliyinin ilk məşğələsi olub
Milli Elmlər Akademiyasının (AMEA) Nizami
Gəncəvi adına Milli Ədəbiyyat Müzeyinin
Kürdəmir rayonunda
fəaliyyət göstərən
Aran Regional şöbəsində
yeni yaradılmış
“Aran” Ədəbi Birliyinin ilk məşğələsi
keçirilib. AMEA-nın mətbuat
xidmətindən verilən
məlumata görə,
regional şöbənin
müdiri, dərnəyin
rəhbəri, filologiya
elmləri namizədi Yaqut Bahadurqızı ədəbi birliyin mahiyyətindən danışıb:
“Regionda yaşayan
ədəbi qüvvələrin
bir yerə toplanması, əsərlərinin
təqdim edilməsi, müzakirəsi, fikir mübadiləsi, gənc, həvəskar yazarların
istiqamətləndirilməsi və ruhlandırılması
baxımından ədəbi
birliyin təsisi mühüm addımdır”.
Dərnəkdə müxtəlif mövzu
və üslubda yazan gənclərlə yaşlı nəsil arasında diskussiya olub. İştirakçılar
dərnəyə öz
bədii yaradıcılıq
nümunələrini, regionun
toponomiyası, folkloru
ilə bağlı araşdırmalarını təqdim
ediblər, geniş müzakirələr aparılıb.
Dərnək üzvlərindən Nərmin Hüseynzadə,
Sahib Mayıloğlu, Könül Şirvanlı,
Rəşid Fərəcov,
Abduləziz Xanəhmədoğlu,
Teyyub Orucov, Tofiq Qasımov, Fikrət Məmmədov və başqalarının
şeir, esse və araşdırmaları
təqdirəlayiq hesab
edilib. İştirakçılar
ədəbi birliyin
dərnəklərinin vaxtaşırı
keçirilməsi və
uğurlu ədəbi
əsərlərin almanax
şəklində dərc
olunması təklifini
irəli sürüblər.
Sara
525-ci qəzet.- 2009.- 6 noyabr.- S.7.