Dosta demədiyim söz

 

Bu xanımı yaxşı tanıyıram. Həm çox yaxşı. Telefonunda kontur çox olanda deyir:

Salam, Fərid, necəsən?

Konturu az olanda isə telefonu açan kimi səsi eşidilir:

Fərid, hardasan?

Yaxşı dost yaman gündə tanınar” – bu sözləri mən deməmişəm atalar deyib. Amma mən onu yaxşı günlərdə tanımışam. Sizlər, yaxşı ki, onu mənim qədər dərindən tanımırsınız. Tanısaydınız, yəqin xətrini mənim tək çox istəyərdiniz. İnsanları çox istəmək, məncə, yaxşı əlamət deyil. Çünki onda ayrılıq çəkic zərbəsi kimi olur.

Xasiyyətimiz yaxşı tutur. Çünki Allahdərd kartlarınıpaylayanda ikimizə TUZ düşüb.

Hərdən bir az hündür olur, hərdən bir az gödək. Onu qınamıram. Təqsir ayaqqabılarındadır.

Hərdən dünyaya dörd gözlə baxır, hərdən iki gözlə. Eynək pis göstərə bilmir onu. Fəqət gözlərindən kədəri soyunmur ki, soyunmur...

Ən gözəl şeiriAynur üçünadlanır. Aynur onun qızıdı, məncə, elə dünyanın ən gözəl şeiri uşaqlardı, aynurlardı.

Hirslənib gələndə bilirəm ki, işdən çıxıb. Daha özgə şey soruşmuram.

Tənha qalmaqdan qorxur. Ona görə hərdən bizi çağırır ki, Tənhalığaxoxedək, qorxudaq, şərik çıxaq.

Rəbiqənin təkcə şeirinin adı deyilAynur üçün”, Rəbiqə özü başdan-ayağa elə Aynur üçündü. Aynur bapbalaca filosofdu. Hansısa səbəbdən bizim bu Xatın qız xalasına yox, anasına çəkib. Eşitdiyimə görə, bədii mətnlərə meyllidir. Allah qorusun onu, şair olmasın...

Hamımızı tədbirlərə eyni vaxta çağırır, eyni vaxtda da ayrılır bizdən. Bir sözlə qurandı, bacarandı.

Şeirləri uzundraz deyil. Qısadı. Söz fırlatmağı xoşlamaz. O səbəbdən , bir seriyalı “film kimidişeirləri. Qısa şeirləri sonradan silsilə edir, əlaqələndirir, böyüdür. Bir sözlə, öz zəncirinə yeni həlqələr keçirir.

Deyilənə görə, otuz yaşı tamam olur. Dünyagildədüz otuz ildir ki, qonaqdır. Yaxşı qonağın ruzisi özündən qabaq gələr”. Ona görə həmişə bir tapıb işləyir, çalışır.

Qadınların yaşı ilə bağlı maraqlı bir lətifə bilirəm.

Bir dəfə oğul atasından soruşur:

– Ata qadınlarla dünyanın oxşar cəhəti nədir?

Yaşı əllini aşmış, kifayət qədər həyat təcrübəsi olan ata dillənir:

Oğlum, ikisinin yaşı dəqiq bilinmir.

Amma mən bu xanımın yaşını yaxşı bilirəm. Ona görə ki, o məndən düz on yaş böyükdü.

Üzündən bu yaşıotuzu oxumaq olur. Adamlar adətən yaşını aldadır. Ya yaşlarından qoca görünürlər, ya da cavan. Amma Rəbiqə adamları, yaşını aldadır.

Hər dəfə yaşdan söhbət düşəndə xususi bir tövrlə qeyd edir ki, on yaş məndən böyükdü...

Amma mən yaşca kiçik olmağımdan narahat deyiləm. Çünki mən ondan on yaş cavanam. Amma mənim bu sözümü eşitsəydi, yəqin ki, arqumenti bu olardı. Mən dəyərəm sənin kimi min cavana”.

Yaş ötür...

Yaşlanırıq...

Səni yaşlandığına görə təbrik etmək istəmirəm...

Səni sadəcə təbrik edirəm. Həmkar kimi, dost kimi, qardaş kimi.

 

 

Fərid HÜSEYN

 

525-ci qəzet.- 2009.- 6 noyabr.- S.7.