“Şərq filologiyası məsələləri”nin yeni sayı çıxıb

 

 Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) Şərqşünaslıq İnstitutunun “Şərq filologiyası məsələləri” toplusunun 4-cü buraxılışı işıq üzü görüb. AMEA-dan verilən məlumata görə, topluda ərəb, fars türk filologiyasının aktual məsələlərinə dair məqalələr öz əksini tapıb. Toplunun ərəb filologiyası bölməsində “Mağara” simvolizmi, “Min bir gecə” nağılları, İran filologiyası bölməsində Nizaminin meracnamələri, Hafiz Nəsimi şeirlərində “Can” “Cahan” anlayışlarının poetik-irfani dəyərləri, İslam inqilabı ərəfəsində İran hekayəsi, “Təzkürətül-övliya” əsərinin konseptual məqamları, Cami Füzulinin “Hədisi ərbəin” əsərlərinin müqayisəsi əks olunub. Türk filologiyası bölməsində isə türk aşıq ədəbiyyatının inkişaf tarixi, satiranın nəzəri məsələləri, yeni türk hekayəçiliyinin formalaşması, türkcədən Azərbaycan dilinə tərcümənin leksik-semantik problemləri, Nazim Hikmətin dramaturgiyası şərq folklor qaynaqlarından digər məqalələrdən bəhs edilir.

 

 

S.MÜRVƏTQIZI

 

525-ci qəzet.- 2009.- 7 noyabr.- S.23.