“Karıxmış Sultan”
Sumqayıt Teatrında
Sumqayıtdakı H.Ərəblinski adına Dövlət Musiqili Dram Teatrı yeni 41-ci mövsümü ərəb yazıçısı Tevfiq əl-Hakiminin “Karıxmış Sultan” pyesinin premyerası ilə açıb. Teatrdan verilən məlumata görə, Sumqayıt icra hakimiyyətinin başçısı Vaqif Əliyev və Misir Ərəb Respublikasının Azərbaycandakı səfirliyinin nümayəndələri də yeni səhnə əsərinə tamaşa ediblər.
İki hissədən ibarət bu psixoloji dramda hadisələr Şərq ölkələrindən birində baş verir. Tamaşada demokratik dəyərlər təbliğ olunur. Quruluşçu rejissor əməkdar artist Nais Şirməmmədov, səhnə tərtibatçısı əməkdar rəssam Mübariz Gəncəlidir. Tamaşada təcrübəli aktyorlardan xalq artisti Məzahir Süleymanov və əməkdar artist Vidadi Məmmədovla yanaşı, gənc artistlər də çıxış edirlər.
SARA
525-ci qəzet.- 2009.- 7 noyabr.- S.23.