Yuxusuna da söz girən dilçi

 

...Biz əzəldən-axıracan bu dünyanı adamla tanıyırıq. Bu dünyanın ən böyük hadisəsi adamdır. Bizi dünyaya bağlayan, hər köks ötürəndə ondan qopmağa qoymayan adam. İli, günü, ayı da adamların sayəsindəmənimsəyir”, yadımızda saxlayırıq. 

Avqust mənim üçün Kamil müəllimin ayıdır. 

Sözün şəkli kimi gördüyüm bir adamın...

...“Sözün sehriilə rastlaşanda uşağıydım. Bir-birindən maraqlı bu sehrlərə nəyin bahasına olursa-olsun ürəyimdə, dilimdə yer eləməyə çalışdığım 1988-1989-cu illər indi yadımdadır. Uzun müddət o inancların, yozumların, kitabın ruhunun, yazının enerjisinin təsiri altındaydım, ondan qopa, ayrıla bilmirdim... Adamın qanını duruldan bu kitabın sehri qəribəydiyuxu yerinə arzularını görürdün, onlar gözün qədər sənə yaxınıydı... Qanadlı söz sənin ixtiyarındaydıbir göz qırpımında zamanları bir-birinə qovuşdururdu... Onda elə bilirdim, söz hamının sözünə baxır. Yazının tamam ayrı bir sehr olduğunu illər sonra anladım. İki kəlməni yan-yanaşı yazmağın yükünü, ağırlığını da lap sonra, universitetdən-təhsildən, ürəyindən keçəni hər saat sözə çevirə bilməyəndən sonra yaşadım. Söz sözdən, cümlədən, kağızdan, adamdan təhər ürküb qaçırmış, adamı təhər ürəyi dolu, əliboş qoyurmuş, yolunu gözləməyəni qapısında təhər gözlədirmiş, ay Allah...

Onu indi söz kimi görürəm, sirli, gizli söz kimi.

...Bilmirəm, sözü sözdən seçənlərin dövrü keçib, yoxsa onu sonacan tanıyan, axıracan duyanlar yerdən yavaş-yavaş köçüblər, hər halda, mənim söz-adamım indi xeyli yalqızlaşıb, tənhalaşıb...

Nəvəsinə həsr etdiyi yazısında yuxusuna girən sözdən danışır. Özlüyündə heyrətli olan bu məqam məni heç təəccübləndirmədi, yəni dilçinin yuxusuna söz gələr, amma Kamil müəllimin yuxusu başqa bir yöndən diksindirdi məni. Söz dilçinin yuxusunda sözdüzəldici-sözdəyişdirici şəkilçilərini qəbul edir, dəyişir, böyüyür, artır, çoxalır, bir sözlə, nəfəs alır, yaşayır... Adətən, yuxu şəkil, görüntü kimi görünür. Elə ona görə yuxunu sözə çevirə bilmirik. Hətta ən yaddaqalan, bizim aləmimizdə ən uzunmüddətli yuxunu belə yazıya almaq cəhdimiz uğursuz olur. Bu baxımdan, şəkilli yuxulardan fərqli olan bu sözlü yuxuya diksindim sözlü yuxularımızın azlığına təəssüfləndim...

Kamil Vəli Nərimanoğlu bu dünyanı avqust ayının 18-i tanıyıb.

...Dünya deyəndə ki, bəlkə günü bu gün bizim Kamil müəllimimizin heç bu dünyanı tanımaq fikri yoxdur. Elin yaddaşı, dilin yaddaşıolan yerdə, sözDastan poetikasına yetəndə dünyanın əyri-üyrü üzündən danışmağa vaxt qalırmı? Sözü sözdən seçənləri tanıyandan, dili dillə dindirməyi bacarandan sonra bu dünyanın yetdiyinə yerli-yersiz ilişməyinə, işlərinə, işləklərinə baş qoşmağa vaxt qalırmı?  

Onun adı harda, hansı yaşda olmağımdan asılı olmayaraq, məni tələbəliyə qaytaran açar sözdür.

...Akademik Ağamusa Axundovun cümlənin quruluşu, intonasiyası ilə bağlı filologiya fakültəsinin I kursuna yönəltdiyi suala yerimdən (seçilməkdən, fərqlənməkdən çəkindiyimə görə) cavab verdim. Lövhəyə çağırdı ki, dediyini bir təkrar elə. Fikrimi təkrarladım. Dedi, niyə belə düşünürsən? Dedim, bilmirəm. Ayrı cümlələr yazdırdı, soruşdu, cavab verdim, amma niyəsini izah eləyə bilmirdim, ordan təyini söz birləşmələrinə, sintaksisə adladıq, axırda Ağamusa müəllim soruşdu ki, hansı məktəbi qurtarmısan? Dedim, Qorki adına (sonralar Mehdi Mehdizadə adına olacaqdı) Cəbrayıl şəhər orta məktəbini. Ani pauzadan sonra qayıtdı ki, Sabir Əhmədov, Tofiq Hacıyev, Kamil Vəliyev, İsmayıl Məmmədov... Cəbrayıl bizim dilçiliyimizin onurğa sütunudur...

İxtisas bölümündə müasir Azərbaycan dili kafedrasını seçdim, dilçiliyi sevdim, Kamil müəllimin rəhbərliyi ilə diplom müdafiə elədim... Dilçilərimizin təkidinə çox hörmətli müəllimim Yusif Seyidovun təqdimatına baxmayaraq, elmin yolundan könüllü çəkildim. Məni nəsə sözün, yazının içinə çəkirdi, ədəbi aləmin süfrəsindən xeyli uzaqda olan mətbəxini göstərmək istəyirdi... Buradan təkcə ədəbi məhsullar yox, ədəbi şəxsiyyətlər aydın görünürdü. Bu aydınların arasında mənim Kamil müəllimim vardı onu görməmək mümkün deyildi.  

Çünki o, dilçiliyin sintaksis bölümüylə məşğul olan tək-tük dilçimizdən biriydi; dilin poetikasını araşdırırdı; sözləri duyğu işarələri ilə sıralayırdı... Dilin poetikasını araşdırmaq üçün dilçi olmaq hələ azdır, gərək Sözün adamı olasan. Bir qəliz var ki, Söz hamını yaxına buraxmır!

Dilçimizə bir sualım vardı, soruşdum.

Xalq üçün ağlayan göz kor olar” – deməkdir, bizim uzaqgörən xalqımız bu sözlərlə demək istəyib axı? Bu, ilk növbədə yanğıdır”, – dedi: “Birinci mənada belədir ki, xalq üçün ağlayan göz təkcə kor qalmır, bəzən onu çıxarırlar. Bunu bilən xalq çoxlu ağlayan gözlər yetirir, onlar axır taleyini bilə-bilə haqqı müdafiə edirlər. Xalq gec-tez haqqı tapan qüvvədir, haqq da xalqın içindədir”.

O da həmişə xalqın içindədir, gah universitet dəhlizində, gah qəzet redaksiyasında, gah da dost məclisində...

 

Onu hamı tanıyır!

 

...Filoloqlar üçün müəllim, sabiqlər üçün keçmiş baş nazirin keçmiş müavini, iqtidar üçün müxalif partiya müşaviri, kasıb qələm adamları üçün təmənnasız sponsordur, heç nəyə gücü çatmasa, çaya qonaq eləyir... Onunla oturub çox şeydən danışmaq olarsözdən, ədəbiyyatdan, cəmiyyətdən, fəlsəfədən, dostlardan, çayxana ilə ədəbi mühit arasındakı dartışmadan, yuxudan, Allahdan-bəndədən, indi, üstəlik, qürbətdən... Onun yazısında sözlər darıxmır. Bu yazılar dünyanı bölüşdürmək istəyənləri barışdırmaq istəyən bir alimin sərhədsiz-zolaqsız dünyası kimi gözlə görünür. Bu ucsuz-bucaqsız dünyanın qəhrəmanlarıməşhur şahmat dahisi , indi yəqin təzə-təzə yeriyən nəvəsi yolunu gözlədiyimiz doğmamızdır, yaşıdımızdır, müasirimizdir.

Bir az alov, bir az kül. Bir az dərd, bir az sevgi, bir az Məcnun, bir az Leyli. Bir az aylı-ulduzlu, bir az günəşli. Bir az yaş, bir az quru. Bir az Nəsimi, bir az Füzuli... O mənəm”. Beləməchulluğabaxmayın, özünü belə təqdim eləyən bu müasirimizi tanımaq asandır. Onu lap yaxşı tanıyanlar söhbətini unutmur, tələbələri insafını, oxucuları kitablarını...

 

 

Laura CƏBRAYILLI

 

 525-ci qəzet.- 2009.- 7 noyabr.- S.22.