Əlçatmazlığın sonu

 

Noyabrın 7-də M.F.Axundov adına Milli KitabxanadaGənc ədiblər məktəbi”nin növbəti toplantısı keçirildi. Məktəbin budəfəki qonağı şair-publisist Tofiq Abdin idi.

Görüş saatyarım çəkəcəkdi. Toplantı keçirilən məkanda bütün yerlər tutulmuşdu, hətta əlavə oturacaqlar da gətirilmişdi. Tədbirə bir neçə dəqiqə gecikmişdim. Buna görə özümü öncə bir az qınadım. Nədənsə ədiblər, şairlər hər zaman mənimçün əlçatmaz insanlar olublar. Düşünmüşəm ki, həyatda yazıb-yaratmaqdan çətin yoxdu. Həmişə hansısa bir şairlə görüşməyə, onunla ünsiyyət qurmağa can atmışam. Amma bu görüşdən sonra bəzi şairləri elə yalnız əsərlərinə görə tanımağın daha məqsədəuyğun olduğu qənaətinə gəldim. İlk dəqiqələrdən toplantıdakı gənclər arasında bir hərəkət müşahidə etdim. Adətən, şairlərlə görüşdə hamı nəfəsini içinə çəkib gözlərini şairin ağzına zilləyir ki, birdən onun deyəcəyi hər hansı bir qiymətli fikri tuta bilməz. Amma burada bunu görə bilmədim. Hər zaman qeyd etmişəm ki, şairlərə, yazıçılara həyatlarına, yaşayış tərzlərinə, ideologiyalarına görə qiymət vermək doğru deyil. Amma nədənsə bizləri həmişə bir insanın yaradıcılığından çox, həyatı maraqlandırıb. Tofiq Abdin sanki insanların bu xüsusiyyətini nəzərə alaraq öz həyatındangec ailə qurmağından, səhər yeməyini özü hazırlamağından, bütün şorbaları bişirə bilmək istedadından, pivədə bişən kartofu, yumurtalı yarpaq dolmasını ya şorbanı sevməsindən uzun-uzadı danışdı. Artıq bir ədiblə görüşdə olduğumu artıq unutmuşdum. Sağ olsunlar gənc ədiblər, tədbirin məcrasını ədəbiyyata tərəf çevirməyi bacardılar.

Ədəbi tənqidə münasibət bildirən Tofiq Abdin bu işlə məşğul olanlara yazığı gəldiyini, ədəbiyyatşünaslığın üç sahəsindən biri sayılan ədəbi tənqidin ədəbiyyatın inkişafına heç bir təsir göstərmədiyini bildirdi. Bunu isə yalnız iki cür qəbul etmək olar: ya Tofiq müəllim bu günə kimi yaşayan dahilərin tənqid haqqındakı fikirlərindən, bu sahədəki xidmətlərindən xəbərsizdir, ya da o, bu fikri ilə hamıdan fərqlənmək istəyir. Düzü, birinci fikir o qədər ağlabatan deyil. Çünki kifayət qədər yaşı olan bir şair-publisistin ədəbi tənqid sahəsində xidməti olan dahiləri tanımaması, zənnimcə, imkansızdır. Demək, ikinci fikir daha inandırıcıdır. Niyə? Çünki Tofiq Abdinin dili ilə desək, ”yazıçılıq bizim mühit üçündür”. Axı bu mühitdə necəsə fərqlənmək, seçilmək lazımdır. Axı bizdə əli qələm tutmağı bacaran hər kəs bekar olan kimi şeir yazır, əlinə pul düşən kimi kitab buraxır. Gəlin insafla danışaq. Deyirik ki, müasir cavanlar müasir ədəbiyyatla maraqlanmırlar. Belə ədəbiyyatla kim maraqlanar ki?! Sadəcə həmin yazarlara, yox daha doğrusu yazanlara demək istəyirəm ki, hər dövrdə onlarla, yüzlərlə yazan olub, amma tarixdə məhz qiymətli, dəyərli söz qalıb. Deyəsən, axı mətləbdən uzaqlaşıram. Bilmirəm, Tofiq Abdin bu yazını oxuyacaq, ya yox. Amma böyük Xaqani deyib ki, ”qərəzsiz tənqid səni göylərə yüksəldə bilər”. Tənqidin əhəmiyyətinin nədən ibarət olduğunu bildirmək üçün yenə hansısa bir dahi ədibdən sitat gətirmək istədim. Dərhal da düşündüm ki, əgər bu toplantı böyük M.F.Axundzadənin adını daşıyan Kitabxanada keçirilirsə, elə sitat da ondan gətirilməlidir: ”...Fikir azadlığı olduqda tənqidin faydası o olacaqdır ki, nəhayət get-gedə müxtəlif fikir rəylərin toqquşmasından haqq yerini tutacaq mədəniyyət aləmində tərəqqiyyat zühur edəcək... Tənqid müasir insanların əxlaq tərbiyəsinin islah təkamülündə təsirsiz qalmadığı kimi, gələcək nəsillərin əxlaq tərbiyəsinin islah Tərbiyədən söz düşmüşkən, qonağımızƏdəbiyyat insanı tərbiyələndirirmi?” sualınaYoxdeyə cavab verdi. Hətta bu fikri qəbul etmədiyini bildirdi. Düzdür, müasir günümüzdə yazılan bir çoxədəbiyyat nümunəsihaqqında bunu demək olmaz. AmmaKitabi-Dədə Qorqud”, ”Kəlilə Dimnə”, “Qabusnamə”, ”Əxlaqi-Nasiridən tutmuş, X.Şirvani, N.Gəncəvi, M.Füzuli, A.Bakıxanov, M.F.Axundzadə, S.Ə.Şirvani, F.Köçərli, M.Ə.Sabir, A.Səhhət, Mirzə Cəlil, Ü.Hacıbəyov onlarla bu kimi Azərbaycan ədəbiyyatının ölməz nümayəndələrinin yaradıcılığı başdan-başa tərbiyəvi məzmunda deyilmi?!

Yazıçılığın çətin peşə olduğunu deyən Tofiq AbdinDünyaya bir gəlsəydim, yazıçı olmazdım,” – söylədi. Sanki şair-publisistin bu fikrindən sonra məclisə olan bütün marağım itdi. Mənə müqəddəs görünən bir sənətə Tofiq müəllimin belə münasibət göstərməyi nədənsə xoşuma gəlmədi. Ancaq qonağımızhər hansısa bir qızın xoşuna gəlmək üçün şeir yazdığınıbildirəndə artıq məsələ tam aydın oldu.

Böyük şeir ustalıqdır” – deyən Tofiq Abdin ədəbiyyatda sətiraltı mənanı qəbul etmədiyini bildirdi. Halbuki elə ən böyük sətiraltı mənalar məhz bədii əsərlərin altında gizlənir. Qonaq eyni zamanda qeyd etdi ki, ”yazıçılıq adamın əlində başqa sənət olanda gözəldir”. Bir müddət Türkiyədə yaşamış Tofiq müəllim Azərbaycan Türkiyə ədəbi mühitini müqayisə etdi, Türkiyədə qəzetlərdə dərc olunan yazıların çox vaxt redaktə olunmadığını, həm orada ədəbiyyata görə qonarar verilmədiyini qeyd etdi. Bildiyimiz kimi, müasir Azərbaycan ədəbiyyatında sərbəst şeirə güclü bir axın var. Qonağımız da ona ünvanlanan sualın müqabilində sərbəst şeirə yüksək qiymət verdiyini bildirdi, eyni zamanda gənc ədiblərin xahişi ilə, yazdığı şeirlərdən bir neçəsini oxudu.

Toplantıda qonaq qismində çıxış edən tanınmış şair Oqtay Rzanın Rəşad Məcidin istəyi iləGecə birin yarısındaşeirini söyləməsi daha yaddaqalan oldu. Saat yarımlıq tədbirdə cəmi dəqiqə yarım vaxtınızı alacam”, – deyərək şeiri söyləməyə başlayan Oqtay Rzanın düz dəqiqə yarıma şeiri bitirməsi daha maraqlı idi. Eyni zamanda gənc ədiblərdən Qismətin şeiri görüş iştirakçıları tərəfindən alqışlarla qarşılandı.

Görüş, vəd olunduğu kimi, düz saat yarım çəkdi. Amma bu saat yarım içində günlərlə bir-birini görməyən dostlar öz aralarında söhbət etməyə , hətta kimlərsə bir-biri ilə sms-ləşməyə vaxt tapdı. Hətta arada tədbir iştirakçılarından birininvaxtı yola verin, saat yarımdı da,” – deməsi qulağımdan yayınmadı. O an bir daha əmin oldum ki, bura gələnlər məhz qiymətli, dəyərli söz aşiqləridir.

Sonda Rəşad Məcidqiymətli eyni zamanda orijinal fikirlərinə görəqonağa təşəkkür etdi.

 

 

Ülkər İLQARQIZI

 

525-ci qəzet.- 2009.- 10 noyabr.- S.7.