İslamda mədəniyyət gözəllik amiliBakıda müzakirə edilib

 

Noyabrın 9-da “Bakı İslam mədəniyyətinin paytaxtı-2009” mədəniyyət ili çərçivəsində Azərbaycan Milli Elimlər Akademiyasının (AMEA) Milli Azərbaycan Tarixi Muzeyindəİslamda mədəniyyət gözəllik amilimövzusunda beynəlxalq elmi-praktiki konfrans açılıb.

Mədəniyyət Turizm Nazirliyi Milli Azərbaycan Tarixi Muzeyinin birgə təşkilatçılığı ilə keçirilən tədbirdə 9 ölkənin (Rusiya, Misir, Albaniya, İordaniya, Türkiyə, Macarıstan s.) 15 elmi-tədqiqat ali təhsil müəssisələrinin nümayəndələri iştirak ediblər.

Konfransı giriş sözü ilə açan mədəniyyət turizm nazirinin müavini Sevda Məmmədəliyeva Bakının 2009-cu ildə İslam mədəniyyətinin paytaxtı elan edilməsindən sonra Azərbaycanda bir-birindən maraqlı onlarla beynəlxalq tədbirin təşkil olunduğunu diqqətə çatdırıb: “İslam dünyası Avropanın mədəniyyət xadimlərinin qatıldıqları bu tədbirlərdə xalqlar arasında elm mədəniyyət sahələrində əməkdaşlığın daha da genişləndirilməsi məsələləri müzakirə edilib. Bu konfranslarda Azərbaycanın İslam sivilizasiyasına töhfələri təbliğ olunub ölkəmiz özünü ev sahibi kimi doğruldub”.

S.Məmmədəliyeva Azərbaycanın birinci xanımı, Heydər Əliyev Fondunun prezidenti, YUNESKO-nun İSESKO-nun xoşməramlı səfiri, millət vəkili Mehriban Əliyevanın fəaliyyyəti nəticəsində mədəni irsin qorunması istiqamətində mühüm uğurlar əldə olunduğunun çıxışında vurğulayıb.

AMEA-nın prezidenti, akademik Mahmud Kərimov, Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Hidayət Orucov, Rusiya Federasiyası Nijni Novqorod İslam İnstitutunun rektoru Dəmir Muxətdinov, Moskva Dövlət Mədəniyyət İncəsənət Universitetinin müəllimi Nadejda Yemelyanova Türkiyənin Mərmərə Universitinin nümayəndəsi Rəcəb Qaradağ da konfransda çıxış ediblər. Onlar yarandığı dövrdən bəri böyük bir coğrafi ərazidə yayılmış İslam dininin bu gün bir milyarddan artıq insanın ortaq dəyərinə mədəni sərvətinə çevrildiyini, vaxt keçdikcə İslamın prinsip dəyərlərinin bu dini qəbul etmiş xalqların mədəniyyətinin dərinliklərinə işlədiyini, onların tarixində silinməz izlər qoyduğunu bildiriblər. Çıxışlarda regionda tarixən dözümlülük mühitinin formalaşmasında İslam dininin mühüm əhəmiyyət kəsb etdiyi nəzərə çatdırılıb:Mərhəmət, sevgi, gözəllik əxlaq dini olan İslamda tolerantlıq ali mənəvi dəyər yüksək mədəniyyət kimi qiymətləndirilir. Bu baxımdan əsrlər boyu regionda dinc ayrı-seçkiliyə məruz qalmadan, müsəlmanlarla yanaşı yaşayan digər dinlərin daşıyıcıları buna görə həm İslamabu dinə xas olan yüksək dözümlülük mədəniyyətinə minnətdar olmalıdırlar”.

Qeyd edək ki, konfransdaİslam mədəniyyəti ənənələrinin öyrənilməsində arxeoloji materialların rolu”, “İslam mədəniyyətinin təşəkkülündə Azərbaycan ziyalılarının rolu”, “İslamda harmoniyadünya ilahiliyinin ifadəsidir”, “Azərbaycan folkloru islam kontekstində”, “İslamda qadına verilən dəyər qadın hüquqlarının müdafiəsi”, “Müasir gəncliyin tərbiyəsində islamın rolu digər mövzularda məruzələr dinlənilib, mövzu ilə bağlı diskussiyalar, müzakirələr aparılıb. Tədbirə dünən yekun vurulub.

 

 

SARA

 

525-ci qəzet .- 2009.- 11 noyabr.- S.7.