İnformasiya Texnologiyaları Akademiyasılayihəsi çərçivəsində yeni təlim keçirilib

 

İnformasiya Texnologiyaları Akademiyasılayihəsi çərçivəsində növbəti təlimlər Ağdaş Bərdədə gerçəkləşib. İrəliİctimai Birliyinin mətbuat katibi Aynur Həsənzadə “525”ə bildirib ki, təlimlər nəticəsində hər bir rayonda birinci mərhələni uğurla başa vurmuş şəxslərdən ibarətİnformasiya Texnologiyaları qrupuyaradılıb: “Bu qrupa artıq hər bir rayonda bu kursu keçən iştirakçılar arasından ən fəalları kursu ən yaxşı mənimsəyənlər daxil edilir. Bu qrup isə layihənin ikinci mərhələsinə rayonda kompüteri bilməyən digər insanları cəlb edir. Qrupun kompüter bilikləri Bakı şəhərində tərəfimizdən daha da təkmilləşdirilir. Onlar artıq daimi şəkildə öz regionlarında gələcəkdə kompüter savadsızlığının aradan qaldırılmasına, insanların internet kompüter texnologiyalarından istifadəsini öyrətməyə xidmət edəcəklər. Layihənin ikinci mərhələsində hər bir rayonun özündə xüsusi kompüter otaqları hazırlanacaq. Bundan başqa, layihə müddətində www.itacademy.az saytı fəaliyyət göstərəcək ki, bu saytda mütəmadi olaraq kursların gedişatı barədə məlumatlar, foto video görüntülər, elanlar yerləşdiriləcək, kütləvi informasiya vasitələrində mütəmadi olaraq məlumatlar yayılacaq”.

İrəliİctimai Birliyinin sədri Ceyhun Osmanlı bildirib ki, onların əsas məqsədi insanları informasiya cəmiyyətinə qoşmaqdır: “Müəllimlər, tələbələr internetdə öz sahələrinə, peşələrinə uyğun məlumatı necə tapmağı, ayrı-ayrı kurslarda, proqramlarda iştirak etməyi, öz ixtisaslarını daha da təkmilləşdirməyin müxtəlif yollarını, dolayısıyla insan kapitalının inkişaf etdirilməsinə xidmət edəcək bütün bu vasitələri kompleks şəkildə mənimsəmiş olacaqlar”.

 

 

Kəmalə TOFİQQIZI

 

525-ci qəzet.- 2009.- 11 noyabr.- S.3.