Yazıçılar Birliyində Oqtay Rzanın 75 yaşı qeyd olunub
Ötən gün Yazıçılar
Birliyində (AYB) dəyərli
şair Oqtay Rzanın 75 illik yubileyi ilə bağlı mərasim keçirilib. Mərasimi giriş sözü ilə açan AYB-nin katibi Arif Əmrahoğlu
O.Rzanın həmişə
insanlara müsbət enerji bəxş eləməyindən danışıb:
“Oqtay Rzanın gözü kədərli olsa da, üzü
həmişə gülüb.
O, heç vaxt öz dərdini, ağrı-acısını
kiməsə yükləməyə
çalışmayıb. Oqtay
Rzanın içinin təmizliyi şeirlərinə
hopub”.
Tədbirin aparıcısı, “Ulduz” jurnalının baş redaktoru, yazıçı-dramaturq Elçin Hüseynbəyli Oqtay Rzanın yaradıcılığının məziyyətlərindən, onun poeziyasının xəlqiliyindən söz açıb.
AYB-nin mətbuat katibi Ədalət Əsgəroğlu Oqtay Rzanın müsbət auraya malik olmasını
çıxışında vurğulayaraq, onu əsl şair ürəkli insan adlandırıb: “Mən Oqtay Rzanı görəndə çox
sevinirəm. Çünki o görüşdüyü
bütün insanlarla sevincini paylaşan şairdir. Onun yazdığı şeirlər
də özü kimi müsbət enerjilidir”. Ə. Əsgəroğlu
O.Rzaya həsr elədiyi şeiri tədbir iştirakçıları
üçün oxuyub.
Şair İlyas Tapdıq O. Rzanın yaradıcılığında əsas motivin vətənpərvərlik, insanlara sevgi olduğunu çıxışında önə çəkib.
“Oqtay Rza üçün mövzu məhdudluğu yoxdur.
O istənilən
mövzuda yaxşı
şeirlər yaza bilər”. Bu fikirləri isə tədbirdə Yusif Həsənbəy dilə
gətirib.
Filologiya elmləri doktoru Buludxan Xəlilov O.Rzanın həm şair, həm də insan kimi yüksək
keyfiyyətlərindən bəhs
edib: “Onun şeirlərində həyatın
ən adi məsələləri çox
poetik, obrazlı dillə təsvir olunur. Oqtay Rza bəzən ən adi mövzuya
qeyri-adilik verməyi bacarır. Onun həssas şair ürəyi, sevgi ilə dolu qəlbi
var”.
Şairlər Ənvər Əhməd, Musa Ələkbərli, Xuraman Vəfa və başqaları yubilyarın yaradıcılığı haqqında danışıblar, müraciət elədiyi mövzuları poetik şəkildə
şeirə
çevirdiyini bildiriblər.
Sonda çıxış edən
O.Rza tədbirin təşkilatçılarına və iştirakçılara
minnətdarlığını bildirib, yeni şeirlərini oxuyub.
SARA
525-ci qəzet.- 2009.- 12 noyabr.- S.7.