“Cavid ömrü” Bakı Slavyan Universitetində nümayiş etdirilib
Dahi Azərbaycan şair-dramaturqu
Hüseyn Cavidin həyat yolu və yaradıcılığından
bəhs edən “Cavid ömrü” filmi Bakı Slavyan Universitetində
(BSU) nümayiş olunub.
Filmin yaradıcı heyəti ilə görüş keçirilib. Görüşü universitetin nəzdində fəaliyyət göstərən
Humanitar liseyin kollektivi təşkil etsə də, filmin nümayişinə və yaradıcı heyətlə görüşə
həsr olunan tədbirə universitetin bütün fakültələrini
təmsil edən fəal tələbələr,
professor-müəllim heyəti
qatılıb. BSU tədris prosesini maraqlı etmək, yaxşı mənada tələbəni və şagirdi təəccübləndirmək,
gənclərin ədəbiyyatımıza
həvəsini gücləndirmək
məqsədilə bir
sıra addımlar atır. Rektor Kamal Abdullanın təşəbbüsü ilə
həyata keçirilməkdə
olan “Auditoriya+” layihəsi gənclərin
teatr, kino, incəsənət və ədəbiyyat xadimləri
ilə sıx təması üçün
real imkan yaradır. Bəlkə elə bunun nəticəsidir ki, bu universitetdə tələbə və şagirdlərin cəlb olunduğu çoxlu teatr, musiqi, rəqs, rəsm və başqa yaradıcılıq studiyaları
fəaliyyət göstərir.
Şagird və tələbələrin, müəllim
kollektivinin görüşünə
gələn yaradıcı
qrupun üzvləri: filmin rejissoru Ramiz Həsənoğlu, Mircəfər Bağırov
rolunun ifaçısı,
xalq artisti Ramiz Novruz, İblis
rolunun ifaçısı,
əməkdar artist Məmməd
Səfa, Mişkinaz rolunun ifaçısı Dilarə Əliyeva, filmin quruluşçu rəssamı Adil Azay, Ərtoğrul rolunun ifaçısı Vüsal Murtuzəliyev, Turan rolunun ifaçısı
Dəniz Tacəddin lisey şagirdlərinin hazırladıqlrı ədəbi-bədii
kompozisiyanı maraqla qarşılayıb və
onların suallarını
böyük həvəslə
cavablandırıblar. Liseyin
direktoru, BSU-nun professoru
Telman Cəfərov bildirib ki, dahi
şairin və onun ailə üzvlərinin məşəqqətli
həyatından, repressiyaya
məruz qalan yazıçıların acı
taleyindən bəhs edən bu film görüş ərəfəsində
bütün lisey siniflərində, filologiya
fakültəsinin bir sıra qruplarında nümayiş etdirilib.
S.QARAYEVA
525-ci qəzet.- 2009.- 12 noyabr.- S.7.