Bədii qiraət
müsabiqəsinin qaliblərinə
mükafatlar təqdim
edilib
Mədəniyyət və
turizm naziri Əbülfəs Qarayev sentyabrda Lənkəran şəhərində keçirilmiş
Cəfər Cabbarlının
110 illiyilə bağlı
“Deyilən söz yadigardır” IV Respublika bədii qiraət müsabiqəsinin qaliblərinə
mükafatlar təqdim
edib. Mədəniyyət və
Turizm Nazirliyinin mətbuat xidmətindən
verilən məlumata görə, mükafatlandırma
mərasimində çıxış
edən nazir artıq dördüncü
dəfə keçirilən
müsabiqənin gənclərin
Azərbaycan dilinin dərindən yiyələnmələrinə
xidmət göstərdiyini
vurğulayıb. Daha sonra mədəniyyət
və turizm naziri I, II və III yerin qaliblərini, eləcə də həvəsləndirici mükafata
layiq görülən
gənc qiraətçiləri
mükafatlandırıb. 36 şəhər və rayonundan 18-30 yaşlı
86 gənc oğlan və qızın iştirak etdiyi müsabiqədə Lənkəran şəhər
sakini Gülər Kərimova birinci, Sumqayıt şəhər
sakini Könül Qurbanova ikinci, Ağsu rayon sakini Elnur Mahmudov
isə üçüncü
yerə layiq görülüb. Əlizamin
Həsənli, Xəyalə
Meydanova, Arzu Cəlilova isə həvəsləndirici mükafatlarla
təltif olunublar.
Mədəniyyət və
turizm naziri Əbülfəs Qarayevin sərəncamına əsasən,
qaliblərə, müvafiq
olaraq 500, 300, 250 manat pul mükafatı və diplomlar verilib. Həvəsləndirici
mükafat sahiblərinə
isə 100 manat məbləğində pul
təqdim olunub.
Qeyd edək ki, 2010-cu ilin sentyabr ayında
keçirilməsi nəzərdə
tutulan növbəti müsabiqə Rəsul Rzaya həsr olunacaq.
SARA
525-ci qəzet.- 2009.- 12 noyabr.- S.7.