Azərbaycan Tarixi Muzeyində muzey eksponatlarının sərgisi açılıb
Milli Azərbaycan Tarixi Muzeyində muzey eksponatlarından ibarət sərgi açılıb. Muzeydən APA-ya verilən məlumata görə, sərgidə Bakı xanlığının bayrağı, Bakı qalasının açarı, Azərbaycanda və müxtəlif xarici ölkələrdə kəsilmiş qızıl, gümüş, mis və kağız pullar, Şirvanşah Xəlilullahın anasının qəbrindən tapılmış parça qalığı nümayiş olunur. Həmçinin qızıl sancaq, müxtəlif yüksək zövqlə bəzədilmiş silahlar, rəsm əsərləri, əlyazma, elmi və dini əsərlər, müxtəlif dini əşyalar, incəsənət nümunələri, təsvirli və süjetli kaşılar, ruhani geyimləri, dindar qadın geyimləri, qızıl bəzək əşyaları, saxsı və mis məişət əşyaları, ağac oyma işləri, müsəlman ölkələri ilə mədəni əlaqələri göstərən sənətkarlıq nümunələri muzeydə sərgilənir.
525-ci qəzet.- 2009.- 12 noyabr.- S.7.