“Min bir gecə” nağılları
haqqında yeni kitab nəşr olunub
AMEA Şərqşünaslıq
İnstitutunun elmi işçisi, filologiya elmləri namizədi Lalə Bayramovanın “”Min
bir gecə” ümumşərq ədəbiyyatının
mədəni-tarixi abidəsi
kimi” adlı yeni kitabı işıq üzü görüb. AMEA-nın mətbuat
xidmətindən verilən
məlumata görə,
“Min bir gecə” nağılları
Azərbaycan şərqşünaslığında
ilk dəfə geniş tədqiq olunur, əsərin ərəb və ümumən şərq ədəbiyyatı tarixində
yeri aydınlaşdırılır.
Təqdim olunan kitabda “Min bir
gecə” nağılları
ətraflı və yüksək elmi səviyyədə araşdırılır.
Müəllif tarixi-müqayisəli
metoddan istifadə edərək nağılların
qaynaqları və təsir dairəsi barədə aydın təsəvvür yarada bilir və “Min bir gecə”
nağılları ilə
yunan, hind, İran, türk, ayrıca olaraq Azərbaycan nağıllarının
müqayisəsi, nağılların
mənşəyi və onların ayrı-ayrı motivlərinin təkamülü
barədə dolğun
elmi təsəvvür
yaradır. Kitabda “Min bir gecə”
nağıllarının tematik
təsnifatı və
təhlili verilir, məhəbbət nağılları,
sehrli nağıllar, məişət nağılları,
səyahət nağıllarından
ayrıca bəhs edilir.
SARA
525-ci qəzet.- 2009.- 12 noyabr.- S.7.