Əli İldırımoğlunun yaradıcılıq yolu: milli-mənəvi dəyərlərin bədii salnaməsi

 

QURBAN BAYRAMOVUN ARAŞDIRMASINDA  

 

Bu günlərdəNurlannəşriyyatında ədəbiyyatşünas, tənqidçi Qurban BayramovunƏli İldırımoğlunun yaradıcılıq yolu: milli-mənəvi dəyərlərin bədii salnaməsikitabı işıq üzü görüb. Q.Bayramov növbəti monoqrafik tədqiqatında müasir Azərbaycan nəsrinin jurnalistikasının mühüm problemlərini görkəmli yazıçı, jurnalist Əli İldırımoğlunun yaradıcılığı əsasında işləyib. Monoqrafiyada müasir Azərbaycan ədəbiyyatında avtobioqrafik-xatirə-roman janrının təkamülü, inkişaf meyllərinin, struktur xüsusiyyətlərinin, kompozisiyanın, mövzu, məzmun obrazlar sisteminin mahiyyəti, milli özünəməxsusluğu ədəbi-bədii filoloji aspektdən tədqiq olunub. Müəllif tədqiqatında jurnalistikanın publisistikanın tarixi inkişafına nəzər salıb, müasir Azərbaycan jurnalistikasının əldə etdiyi nailiyyətlərdən söz açıb.

Q.Bayramov çağdaş publisistikanın janr, mövzu, məzmun, ideya-estetik imkanlarını Ə.İldırımoğlunun zəngin jurnalist, yazıçı-publisist fəaliyyəti və təcrübəsi fonunda müəyyənləşdirib.

Kitaba ön sözü professor Qəzənfər Kazımov yazıb. “İstedad zəhmətin bəhrəsiadlı yazıda Q.Kazımov kitabın müəllifiniMüasir tənqid ədəbiyyatşünaslığımızda geniş yaradıcılıq imkanına malik alimkimi dəyərləndiib: Onun hələ 70-80-ci illərdə çap etdirdiyiVurğun poeziyası”, “Lirik qəhrəman zamankitabları böyük maraq doğurmuşdu M.Cəfər, K.Talıbzadə, M.Quluzadə, B.Vazabzadə, Q.Qasımzadə, C.Abdullayev, Y.Seyidov, Q.Xəlilov kimi görkəmli elm adamları onu yüksək qiymətləndirmişdilər”. Q.Kazımov Q.Bayramovun sözügedən əsərləƏli İldırımoğlunun yaradıcılığının geniş təhlilini verdiyini, görkəmli ədibin jurnalistlik fəaliyyətini, bədii nəsrinin ideya-estetik keyfiyyətlərini tədqiqat obyektinə çevirdiyini, ətraflı şərh edib ümumiləşdirərək oxuculara çatdırmasını əhəmiyyətli iş kimi qiymətləndirib. Ön sözün müəllifi Əli İldırımoğlunun əsas yaradıcılıq yolunun düzgün müəyyənləşdirildiyi qənaətindədir: “Müəllif çox düzgün müəyyənləşdirmişdir ki, Əli müəllimin əsas yaradıcılıq devizi insan sevgisi, düzlük, doğruluq, ən ümdəsi obyektivlik olmuşdur. Jurnalistin fəaliyyətində ən mühüm cəhət Mirzə Cəlil cəsarətidir. Yaradıcılıq faktları sübut edir ki, o, çobanın da, raykom katibinin , mexanizatorun da, maarif işçisinin diliniöyrənmədən yazmamışdır”. Q.Kazımov monoqrafiyanın elmi-nəzəri istiqamətinin aktuallığına yeniliyinə, ədəbi-estetik fikirlərin zənginliyinə, ictimai-sosial məzmununa görə ciddi maraq doğurduğunu, uğurlu nəticələr əldə olunduğunu qeyd edib.

Monoqrafiya üç fəsildən ibarətdir. İlk fəsildəƏli İldırımoğlunun dövrü, mühiti, şəxsiyyəti, yaradıcılığının bəzi xüsusiyyətləriaraşdırılıb .

Yazıçının publisistikası-jurnalist fəaliyyəti oçerkləri, felyetonları, satirik hekayələri, sənədli novellaları povestləri haqqındaadlı ikinci fəsildə Q.Bayramov Ə.İldırımoğlunun əsərlərinə müxtəlif aspektdən yanaşıb. Bu fəsildə Ə.İldırımoğlunun siyasi-ictimai publisistikasında erməniçilik mövzusu erməni xislətinin ifşası, bədii-publisistik yaradıcılığında ədəbi-ictimai portret janrı ətraflı tədqiq olunub.

Azərbaycan ədəbiyyatında avtobioqrafik roman janrının təkamülüadlı sonuncu fəsildə Ə.İldırımoğlunun romanlarının mövzusu, məzmunu, obrazlar sistemindən geniş bəhs olunur. Bu bölümdə Azərbaycan romançılığında Əli İldırımoğlu yaradıcılığının yeri, mövqeyi əhəmiyyəti araşdırılıb. Bu fəsildə həmçinin Ə.İldırımoğlunun yaratdığı epik həyat salnaməsi, milli-əxlaqi dəyərlərin bədii təcəssümünün spesifikasından söhbət açılıb. Digərlərindən daha geniş əhatə olunan üçüncü fəsildə yazıçınınHəmin adam”, “Qarlı gecələr”, “Zorən jurnalist”, “Közərən sətirlər”, “Mənim rəncbər atam”, “Aqibətəsərlərinin bədii-estetik dəyərləri tədqiq olunub.

Müəllif bu nəticəyə gəlir ki, “Əli İldırımoğlunun əsərləri canlıdır, təsirlidir, inandırıcıdır, insan həyatına məxsus həqiqətlərin bədii ifadəsidir, dünəndən bugünümüzə, bu günümüzdən gələcəyə uzanan ədəbi-bədii körpüdür, xəlqi-milli varisliyin daşıyıcısıdır...”

 

 

SARA

 

525-ci qəzet.- 2009.- 13 noyabr.- S.7.