Azərbaycan şairlərinin əsərləriDrujba narodovda

 

Drujba narodovjurnalı noyabr nömrəsində Azərbaycan şairlərinin şeirlərinə geniş yer ayırıb. Jurnalın bu sayında Məmməd İsmayılın, Akif Əhmədgilin Qulu Ağsəsin şeirləri dərc olunub. Məmməd İsmayılın yaxın dostu tərcüməçisi Mixil Sinelnikov 70 illik yubileyini bu günlərdə qeyd etdiyimiz şairin şeirlərinə giriş məqaləsi yazıb. O, ilyarım bundan əvvəl Məmməd İsmayılı görmək üçün Türkiyəyə getdiyindən, son illərdə dostunun bu şəhərdəki yaşam tərzindən söz açıb: “Məmməd İsmayıl Çanaqqala universitetində dərs deyir. İş otağının pəncərəsindən gəmilərin sakit-sakit keçib getdiyi Dardanel boğazı görünür. Arxeoloq Şilmanın davamçılarının üzə çıxardığı Troya şəhərinin xarabaları çox elə uzaqda deyil. Uzaqdan boz zeytun bağları ilə Yunanıstan boy göstərir. Məmməd bu mənzərəni özünəməxsus şəkildə qələmə alır:

 

Qoca Aristotel mənə Asosda

On ildi ayrılıq dərsi öyrədir.

 

Poeziya araşdırmaları onun xeyli vaxtını alır. Bununla yanaşı Məmməd öz monoqrafiyası üzərində çalışır”. M.Sinelnikov M.İsmayılın V.M.JirmunskininTürk qəhrəmanlıq dastanlarıəsərini türkcəyə çevirməyə vaxt tapdığını yazısında vurğulayıb: “Ünlü Azərbaycan şairi yaşının ahıl çağlarında kabinet, elm adamı olmaq istəmir. Bir-birinin ardınca şeir kitabları nəşr olunur. M. İsmayıl xəlqi klassik tərzə sahib olan bir sənətkardır. Onun şeirləri çox zaman sadə danışıq intonasiyası, (bu səbəbdən tərcümə edilməsi mümkünsüz olur) dərin fəlsəfi düşüncələr forma mükəmməlliyi ilə seçilir (Belə mükəmməl şeirləri başqa dilə çevirmək elə asan olmur)”. M,Sinelnikov M.İsmayılın şeirlərində xeyli zamandan bəri uzaq düşdüyü doğma vətənindən, ən əsası da sevgi ölümdən söhbət açıldığını qeyd edib. M.İsmayılın jurnalda dərc olunanSevgi, ”Səni “Ay buludşeirləri M.Sinelnikovun tərcüməsində verilib.

Jurnalda Akif ƏhmədgilinQar”, “Sevincin yenilgisi Qulu AğsəsinSən”, “Mən o”, “Gecəşeirləri yer alıb. Şeirləri Olqa Yermolayeva Gennadi Kalaşnikov tərcümə ediblər.

 

 

SARA

 

525-ci qəzet.- 2009.- 13 noyabr.- S.7.