Təsviri sənət üzrə elmi-metodiki seminar keçirilib

 

Tələbə Qəbulu üzrə Dövlət Komissiyası (TQDK) test tərtibi metodikasını təkmilləşdirmək növbəti tədris ili üçün qəbul imtahanlarına hazırlıq işlərini həyata keçirmək məqsədilə növbəti elmi-metodiki seminar keçirib. TQDK-nın mətbuat xidmətindən verilən məlumata görə, xüsusi qabiliyyət tələb edən ixtisasların təsviri sənət istiqaməti üzrə keçirilən elmi-metodiki seminarda TQDK-nın nümayəndələri, ekspertlər təsviri sənət istiqaməti üzrə mütəxəssis hazırlığı aparılan 3 ali məktəbin, 4 orta ixtisas məktəbinin professor-müəllim heyətinin nümayəndələri iştirak edib. Seminarda təsviri sənət istiqaməti üzrə qabiliyyət imtahanlarının proqramlarının metodiki tövsiyələrin təkmilləşdirilməsi məsələsi müzakirə olunub. Metodiki seminarda yaradılan işçi qrupların təklif etdiyi kiçik redaktə xarakterli dəyişikliklər əlavələr nəzərə alınmaqla proqramların məzmununun əsasən keçən tədris ilində olduğu kimi saxlanılması qərara alınıb. Verilən imtahan tapşırıqlarının hansı texnika hansı ölçülü kağız formatı üzərində yerinə yetirilməsi dəqiqləşdirilib. Eyni zamanda dekorativ tətbiqi incəsənət xalq sənəti ixtisası üzrə kompozisiya imtahanı üçün yeni tövsiyə hazırlanıb. Məlumata görə, keçən tədris ilində olduğu kimi abituriyentlər yeni tədris ilində ali məktəblərin rəngkarlıq, qrafika, dekorativ sənət dizayn ixtisasları üzrə rəsm, rəngkarlıq kompozisiya, heykəltəraşlıq ixtisası üzrə rəsm, yapma kompozisiya, təsviri incəsənət müəllimliyi ixtisası üzrə isə rəsm, rəngkarlıq rəsmxət imtahanları verəcəklər. Abituriyentlər həmçinin orta (11-illik) təhsil bazasından orta ixtisas məktəblərinin dekorativ tətbiqi incəsənət xalq sənəti ixtisası üzrə rəsm, rəngkarlıq kompozisiya, əsas (9-illik) təhsil bazasından orta ixtisas məktəblərinin rəngkarlıq, qrafika, teatr-dekor sənəti, heykəltəraşlıq, dizayn, interyer üzrə rəssam, dekorativ tətbiqi incəsənət xalq sənəti ixtisasları üzrə rəsm, rəngkarlıq kompozisiya imtahanları, təsviri incəsənət rəsmxət ixtisası üzrə isə rəsm rəsmxət üzrə imtahan verməlidirlər.

Xatırladaq ki, qabiliyyət imtahanı proqramları, qiymətləndirmə meyarları, metodiki tövsiyələrAbituriyentjurnalının xüsusi buraxılışı olan təsviri sənət üzrə tədris-metodik vəsaitdə çıxacaq.

 

 

S.QARAYEVA

 

525-ci qəzet.- 2009.- 13 noyabr.- S.7.