Satirik nəsr tədqiqat işığında

 

Ölkəmiz müstəqillik əldə etdikdən sonra ədəbi-nəzəri problemlərin, ədəbi-bədii irsin yeni metodoloji tələblər prizmasından tədqiqi zərurəti yaranıb. Müasir mərhələdə xüsusən XIX-XX əsrlər satirik ədəbiyyatımızın ideya-bədii xüsusiyyətlərinin ədəbi prosesdəki yeniləşmə, ədəbiyyatşünaslığımızın son nailiyyətləri müstəvisində tədqiqi aktual problem kimi diqqəti cəlb edir. Bu baxımdan klassik müasir ədəbiyyatımıza həsr olunmuş tədqiqatları ilə ədəbi mühitdə sayılıb-seçilən, istedadlı ədəbiyyatşünas alim Baba BabayevinAzərbaycan satirik nəsrinə dair araşdırmalarkitabının nəşri (Bakı, “Müəllimnəşriyyatı, 2009) təqdirəlayiqdir. Məlumdur ki, bədii əsərin ideya-məzmunu, müəllif niyyəti, mətnin dil, üslub, sənətkarlıq xüsusiyyətlərindən, bədiiliyi təmin edən elementlərdən çıxış etməklə şərh edilməli, aydınlaşdırılmalıdır. Problemin tədqiqinə məhz bu elmi mövqedən yanaşan B.Babayev zəngin tarixə malik ədəbiyyatımızın maraqlı, parlaq səhifəsini təşkil edən satirik nəsrin nəzəri məsələlərinin, ideya-məzmununun, poetikasının sistemli şəkildə araşdırılmasına xüsusi diqqət yetirib.

Ədəbiyyatşünaslığımızda müxtəlif ədəbi növ janrlarda satirik əsərlərin yaranması, satiranın inkişaf mərhələləri ilə bağlı maraqlı elmi-nəzəri fikirlər söylənilib. Satirik nəsrin araşdırılması zamanı tədqiqatçı müxtəlif ədəbi məxəzlərdən, o cümlədən yeni filoloji tədqiqatların nəticələrindən bəhrələnib, yeri gəldikcə Ə.Mirəhmədov, Y.Qarayev, K.Məmmədov, Ə.Saraclı, Z.Əsgərli, A.Əmrahoğlu, B.Əhmədov başqa tədqiqatçıların əsərlərinə istinad edib. Bununla yanaşı, müəllifin problemin araşdırılmasına yaradıcı, orijinal, özünəməxsus yanaşmaları, elmi-nəzəri mülahizələrində yeni fakt dəlillərə əsaslanması əhəmiyyətli nəticələr əldə etməsinə imkan yaradıb.

Məlumdur ki, xalqımız satiraya, yumora əvəzedilməz tənqidi, ifşaedici, islahedici vasitə kimi yanaşıb, bu mövqe öz əksini xalq yaradıcılığının bir sıra sahələrində, o cümlədən folklorda tapıb. Şifahi xalq ədəbiyyatımızın müxtəlif ədəbi növ janrlarında, o cümlədən dastan, nağıl, lətifələrimizdə satirik nəsrin elementləri, dəyərli nümunələri var. B.Babayev yazılı ədəbiyyatımızda satira gülüşün folklor qaynaqlarından ənənələrindən bəhs edərkən atalar sözü məsəllər, lətifələr, təmsil, bayatılar, meydan tamaşaları, xalq dramları, oyunlar, məzhəkələr, qaravəllilər, dastanlar, aşıq şeirlərini təhlil süzgəcindən keçirir, xalq gülüşünün bədii təsvir ifadə vasitələrini, satirik əksetdirmə üsullarını üzə çıxarır. Epik folklor örnəklərinin Azərbaycan satirik nəsrinin yaranması inkişafında rolu barədə mülahizələr tədqiqatda konkret bədii nümunələrlə əsaslandırılıb.

Eyni zamanda satirik nəsrin folklor qaynaqlarından bəhs edərkən müəllifin yalnız epik şifahi xalq ədəbiyyatı nümunələri ilə məhdudlaşmaması, folklorun lirik və dramatik janrlarına da müraciət etməsi tədqiqatçı diapozonunun genişliyini göstərir, müxtəlif ədəbi növ və janrların satirik ifadə imkanları, şifahi ədəbiyyatın   yazılı satirik nəsrin formalaşmasında rolu barədə daha dolğun təsəvvür yaradır.

Kitabda ayrı-ayrı sənətkarların satirik nəsr yaradıcılığının tədqiqi mühüm yer tutur.Yusif Vəzir Çəmənzəminlinin satirik hekayələri”, “Realist nəsrdə M.F.Axundov ənənələri”, “Ü.Hacıbəyovun satirik hekayələri”, “Tağı Şahbazi (Simürğ) satirik hekayələr ustası kimi”, “Abdulla Şaiqin hekayələrində satirik hədəflərbaşlıqlı məqalələrdə tədqiqatçı satirik nəsr əsərlərinin poetikasını araşdırmış, satiriklərimizin yaradıcılıq laboratoriyasının özünəməxsusluğu, bədii gülüşdən istifadə məharəti barədə oxucuda dolğun təsəvvür yaratmağa müvəffəq olub.

Satirik nəsri tədqiq edərkən milli dramaturgiyanın banisi, yeni tipli realist nəsrin ilk orijinal nümunələrini yaratmış M.F.Axunovdan, məşhurMolla Nəsrəddin”ədəbi məktəbindən bəhs etməmək mümkün deyil. Tədqiqatçının haqlı qənaətinə görə, M.F.Axundovun elmi, ədəbi-estetik görüşləri, realizm, satira gülüş haqqında fikirləri XIX əsrin sonlarından ədəbiyyata gələn yazıçıların yaradıcılığına, dramaturfiya satirik nəsrin inkişafına güclü təsir göstərib. Məhz bu ənənələr üzərində meydana gələnMolla Nəsrədiinjurnalı, qüdrətli sənətkarlarımız C.Məmmədquqluzadə, M.Ə.Sabir yeni satirik ədəbiyyatın təməlini qoyub.

Gülüşlə düşündürən sənətkarməqaləsi görkəmli söz ustası Mir Cəlalın yaradıcılığındakı satirik, yumorlu məqamlara həsr olunmuşdur. Məlumdur ki, keçən əsrin 30-cu illərindən başlayaraq Mir Cəlalın nəsr əsərlərində, xüsusən hekayələrində gülüş, satira, yumor özünün yüksək bədii ifadəsini tapmışdır. Ədibin realist hekayələrində dövrün vacib ictimai problemləri, cəmiyyətin inkişafına mane olan qüvvələr, sovet cəmiyyətinin təbiətindən doğan satirik, komik situasiyalar, gülüş, kinayə, istehza doğuran insan xarakterləri sənətkarlıqla əks olunmuşdur.

Professor T.Hacıyev Mir Cəlal müəllimin mühazirələrində bədii əsərin poetik xüsusiyyətləri ilə bağlı söylədiyi fikirləri xatırladaraq yazır ki, sərlövhə əsərin yarısıdır, oxucunu özünə çəkməlidir. Obrazın adında onun xisləti oxunmalıdır.

B.Babayev diqqəti sənətkarın yaradıcılıq laboratoriyası üçün səciyyəvi olan bu cəhətlərə cəlb edərək yazır ki, Mir Cəlal əsərlərinə sərlövhə seçməkdə çox usta idi. O, bilirdi ki, nəzərə çarpan sərlövhə oxucuda dərhal maraq oyadacaq. Ədibin əsərlərinin adları bu baxımdan səciyyəvidir: Xarici naxoşluq”, “Rola girib”, “Neçə cür salam var”, “Təzə toyun nəzakət qaydaları s. hekayələrin adları oxucunun diqqətini yaşadığı dövrün mənəvi eybəcərliklərinə, əsərdə qaldırılan problemin, təsvir edilən həyat hadisəsinin mahiyyətini dərk etməyə, düşünməyə yönəldir.

Bədii nəsr əsərində surətlərə ad veilməsinin asan məsələ olmayıb müəllifdən xüsusi məharət tələb etdiyini qeyd edən tədqiqatçı Mir Cəlal yaradıcılığını bu cəhətdən nümunə göstərir. Ədib hekayələrində Həkim Cinayətov, Anket Anketov, Kəmtərov kimi adlar, soyadlar vasitəsilə obrazın, onun təmsil etdiyi ictimai təbəqənin cəmiyyətdəki inkişafa, yeniliyə, mənəvi dəyərlərimizə zidd olan mahiyyətini sərrastlıqla aça bilib.

Konkret bədii nümunələrin təhlili tədqiqatçını Mir Cəlalın hekayələrinin dili üçün təbiilik, orijinallıq, səlislik, aydınlıq kimi bədii məziyyətlərin səciyyəvi olması qənaətinə gətirib. Ədib hekayələrində yaddaqalan mənfi tiplər qalereyası yaradıb, xalq gülüşünü əks etdirən, dilimizdəki satira, yumor səciyyəli söz ifadələr, atalar sözü məsəllərdən, frazeoloji birləşmələrdən sənətkarlıqla istifadə edib, ədəbiyyatımızı ölməz sənət əsərləri ilə zənginləşdirib.

Müasir ədəbiyyatşünaslığımızda poetika məsələlərinə diqqətin artması müsbət haldır. Lakin etiraf etməliyik ki, bəzən tədqiqatlarda bu termindən sui-istifadə hallarına da yol verilir. B.Babayevin araşdırılmalarında poetika terminindən yerli-yerində, bəzən həddindən artıq xəsisliklə istifadə olunması diqqəti çəkir. Lakin onun nəsrdə gülüş üsulları, satirik üslub, bədii detal, adların təbiəti, satirik hekayədə gözlənilməzlik uyğunsuzluq, komiklik, istehza, nadirə qrotesk, süjet, xarakter tip yaratma metodları, ideya-məzmunda gülüş kimi müxtəlif poetik komponentlərlə bağlı elmi-nəzəri araşdırmaları, gəldiyi nəticələr müəllifə məhz poetika məsələlərinin tədqiqindən danışmağa haqq verir.

Azərbaycan satirik nəsrinə dair araşdırmalarkitabı B.Babayevin uzun illər apardığı tədqiqatların uğurlu yekunu, gərgin alim əməyinin bəhrəsidir. Kitabda satirik nəsrin aktual problemləri dərin təhlil süzgəcindən keçirilib, ədəbi prosesdə gedən yeniləşmə ilə səsləşən elmi-nəzəri nəticələr əldə edilib. Kitabda müəllifin müasir ədəbiyyatşünaslığımızda yaranan yeni metodologiyaya əsaslanaraq irəli sürdüyü orijinal ideyalar, əldə etdiyi nəticələr onu qiymətli elmi məxəz, son dövr ədəbiyyatşünaslığımızın nailiyyəti kimi qiymətləndirməyə əsas verir.   

 

 

Bilal HƏSƏNLİ,

pedaqoji elmlər namizədi,

dosent

 

525-ci qəzet.- 2009.- 13 noyabr.- S.7.