Oralarda kimlər var: OSMAN ƏRTUĞRUL
OSMANOĞLU –2
Sultan 2-ci
Abdülhamidin nəvəsi Osman Ərtuğrul Əfəndi,
sürgündən əbədiyyətə qovuşdu. O, əcdadlarının
başını ucaldacaq bir ömür yaşadı. Ərtuğrul
bəy əfəndi OSMANLI XANƏDANIN son varisi idi.
OSMANLIYA LAYİQ BİR
ÖMÜR
Osman Əfəndi,
ilk dəfə 1933-cü ildə getdiyi Amerikada 60 ildən
çox yaşadı. Öncə Amerikada bir iş tapdı,
1952-ci ildə Kanadada mədənçilik şirkəti qurdu.
Güney Amerikada bir çox mədən ocağı
açdı. Altın, daş, dəmir axtardı. Hökumətlər
üçün inşaat işinə girdi, yollar çəkməyə
başladı. İşlə bağlı səfərlərdə
olduğu üçün ailə üzvləri ilə tez-tez
bir yerdə ola bilmirdi. Ölənə qədər heç
bir ölkənin vətəndaşlığına keçmədi.
Pasportu olmasa da bir çox ölkə ona viza verirdi.
Anası
Aliyə Nazlıyar xanım, Burhanəddin Əfəndidən
boşandıqdan sonra İttihatçıların iqtisadiyyat
nazirlərindən Cavid bəy (İzmir sui-qəsdində
adı qarışdığı üzündən 1927-ci ildə
Burhanəddin
Əfəndi 1949-cu ildə Nyu-Yorkda vəfat etdikdən sonra cənazəsi
gəmi ilə İstanbula gətirildi. Xanədan mənsublarının
ölkəyə girməsinin qadağan olması üzündən
Burhanəddin Əfəndinin cansız bədəni belə bu
qadağanı aradan götürə bilmədi.Gəminin
limana yanaşmasına izn verilmədi, yolçular başqa
vasitələrlə sahilə çıxdı. Bundan sonra gəmi
Lübnan üzərindən Şama yönəldi, cənazə
Səlimiyə camisinə qoyuldu. Dəfn də hərbi qayda ilə
burada oldu.
“Cənazənin alınmaması məni üzdü”- deyən Osman Ərtuğrul Əfəndi, Dürrüşəhvar Sultan kimi Türkiyədən incimədi. Dürrüşəhvar Sultan, atası xəlifə Abdülməcidin 1944-cü ildə vəfat etməsindən sonra Türkiyədə basdırılmasını arzulamış, ancaq o vaxtkı sistem buna izn verməyincə ölkəsindən incimişdi. Vəsiyyətində Türkiyədə basdırılmaq istəməyən Dürrüşəhvar Sultan 2006-cı ildə vəfat etdiyində Londonda dəfn edildi.
Xanədana mənsub qadınlara ölkəyə giriş yasağı 1952-ci ildə, kişilərə isə 1974-cü ildə ortadan götürüldü. Osman Ərtuğrul Əfəndi, o il Venesuelada idi. Qadağanın qalxdığını ona xəbər verən elçi Ərtuğrul Əfəndini mədən ocağında tapmışdı. Elçinin “Əfv çıxdı. Vətəndaşlıq üçün imkanlar var” – xəbəri onu çox sevindirmişdi. Əfv bir çox günahı olan insanları da azadlığa buraxırdı. Günahı olan insanlarla əfv edilməyi qüruruna sığışdırmamış və “Heç bir zaman günah işləmədiyimiz üçün bizim əfvə ehtiyacımız yox”- demişdi.
2004-cü ildə Nyu-Yorkda ikən öncə o zamankı Xarici işlər naziri Abdullah Gül ilə,sonradan Başbakan Tayyib Ərdoğan ilə, bir araya gəldi. Bu görüşmələrin nəticəsində 80 il sonra Türk pasportu aldı. Bunun üzərinə: - “Çox gec oldu.Mənim tərəfimdən çox fərqli bir şey bu. Əslində, pasportum olmuş-olmamış çox önəmli deyil. Sadəcə bir rəsmiyyət oldu.1974-cü ildə izn vermişlərdi zatən. Türkiyəyə ilk dəfə 1992-ci ildə gəldim” – deyə razılığını bildirmişdi.
1994-cü ildən bəri Osmanlı xanədanına başçılıq edən Osman Ərtuğrul Əfəndi, səltənətlik aradan çıxmasaydı padişah olacaqdı. Mehmət Orhan Efendinin vəfatı üzərinə rəislik 82 yaşında ikən ona keçmiş və yaşlı olduğu üçün “Çox uzun sürməyəcək”-demişdi.
Osman Ərtuğrul Əfəndinin Osmanlı xanədanlığına mənsub olduğu, yaşadığı ölkələrin başçılarına məlum idi. Ancaq o nə təhsil, nə də iş həyatında bu əslzadəliyindən istifadə etmədi.Hətta Türkiyədə xanədanın əlindən alınan mirasları geri istəmədiyini açıqca söyləyirdi. Xanədan əsilli olmaq məsələsini Avropa və ABŞ da bilirdi.
“Xanədanlıq geri gəlir” kimi qondarmalara da qarşı çıxırdı: “Bir kral seçirsiniz, müdhiş bir məsrəf. Ağzını açmır, bir şey söyləmir. İdarə etmir. Bir simvol. Bu məmləkətin simvola ehtiyacı yox”.
Siyasətə girməsi işində də açıq danışırdı: “Heç düşünmədim, siyasətlə məşğul olmadım. Politika ilə bağlı Fransada məktəbə getdim. Amma qarışmaq niyyətində deyiləm. İmperatorluq zamanları keçdi”.
SÜRGÜNDƏ YAŞADI,
DÖVLƏTİNDƏN, MİLLƏTİNDƏN İNCİMƏDİ
Onu ilk dəfə
dünyanın ən önəmli sənət mərkəzlərindən
biri olaraq qəbul edilən Nyu-Yorkdakı Linkoln Sentrdə
gördüm. Türk Kültür Mərkəzi tərəfindən
düzənlənən Ahmet Özhanın konsertinə gəlmişdi.Yüzlərlə
insanın içindən o saat seçilirdi.Yaşlı olsa
da çox qıvraq idi.Şıx geyinmişdi. Konsertdən
sonra hamı onun başına yığıldı.Deyəsən
adamların çox olması onu sıxırdı,bu da ondan
görünürdü ki, darıxırdı və güman
ki, nə zaman idi bu qədər adamla olmamışdı.
Osmanlı xanədanının son varisi Osman Ərtuğrul Osmanoğlu, İstanbulda vəfat etdi; amma həyatının böyük bölümünü Nyu-Yorkda yaşadı. Bu məcburi bir yerləşimdi. Son bir neçə ildə Türk Kültür Mərkəzinin dəvətləri sayəsində Türk toplumu varlığından xəbərdar ola bilmişdi. Türkiyəyə son dəfə də olsa gəlmə planı vardı. Sağlamlığı əl vermirdi.Türkiyə həsrəti və sevgisini hər zaman içində duyur və bunu söyləyirdi.Ailəsi və özünün məruz qaldığı sürgünə baxmayaraq Türkiyəyə qarşı heç zaman incik olmadı.
1933-cü ildən Amerikada yaşamasına baxmayaraq İstanbul türkcəsində çox gözəl danışırdı.Bunu atası və qardaşının ölümünə qədər evdə türkcə danışdıqları ilə izah edirdi.İngiliscəsi, almancası və fransızcası da mükəmməldi. Türkiyə ilə bağlı xəbərləri “Nyu-York Tayms”dan oxuyurdu.İtalyanca və ispanca başa düşürdü. Osmanoğlu, xatirələrini ingiliscə yazırdı. Ancaq bəzi şeyləri özü ilə o dünyaya aparacağını da söyləyirdi.
Dünyanın ən qaynar, ən tünlük yerlərindən biri olan Manhattan adasında yalqız bir adamdı; dəbdəbəsiz bir evdə sadə bir ömür yaşayırdı.İllərlə bazarlıq elədiyi market,getdiyi bərbərxana eyni idi. Hətta 45 ildir eyni bərbərxanadan başqa yerə getməsinin səbəbi də o bərbərin vəfatı olmuşdur.Buna görə 2 bərbər dəyişdirmişdi. Ölümündən bir-iki gün öncə yıxıldığından beli zərbə almışdı və bu da onu incidirdi.İncidiyindən küçəyə çox nadir hallarda çıxırdı.
Bu yaşında Osmanoğlunun çox gözəl və diri bir yaddaşı vardı.Hadisələri yerinə və tarixinə görə anladırdı.Ən incə zarafatları o saat alırdı.Özü də yaxşıca zarafatlar və lətifələr danışırmış. Geyiminə-geciminə və xüsusilə də, saçlarına çox diqqət edən biri idi.Gur saçları vardı. Ziyarətinə gələn bəzi dostlarına xatirələrini anladarkən 10 yaşında ayrıldığı sarayı unutmadığını söyləyirdi.Dədəsi Abdülhamid xanın fotoqraf marağından danışırdı.Bir söhbətində Abdülhamidin yuxarı-aşağı 60 min fotoqraflıq bir arxivi olduğunu bildirmişdi. Sarayda xarici ölkələrdən gələn hədiyyə saatlar (xüsusilə fransız istehsalı olanlar) diqqətini çəkərmiş.
Osmanoğlunun xanımı Əfqan kraliyət ailəsindən Prens Abdulfəttah Tarzinin qızı Zeynəb Tarzi idi. 1991-ci ildə evlənmişdilər.Zeynəb xanım, ərinin üstündə yarpaq kimi əsir, bütün istəkləriylə bir-bir maraqlanırdı. Evlərində iki dənə bəyaz İran pişiyi vardı. Osmanoğlu bu pişikləri çox sevirdi.
Osman Ərtuğrul Osmanoğlu, zaman-zaman Türkiyəyə gəldi. Topqapı Sarayını, uşaqlıq illərinin keçdiyi İstanbulu gəzərdi. Türk mediyası və ictimaiyyətin çox maraq göstərmədiyi Osmanoğluna həm Amerika, həm də dünyanın müxtəlif ölkələrindən böyük maraq vardı.Daima reportaj təklifləri alırdı. “Nyu-York Tayms” müxbiri iki il boyunca görüşmək üçün vaxt ayırmağını xahiş etmiş və sonunda bu xahişinə cavab ala bilmişdi.Ünlü “Star Wars” filminin rejissoru Georqi Lukac, Osmanoğlunun həyatından sənədli film çəkmək istəyirdi. Dünyanın hər yerindən hər ay yüzlərcə məktub gəlirdi. Osmanoğlu, məktubları tək-tək cavablandırırdı.
Osmanlı ailəsinin son rəisi Osman Ərtuğrul Osmanoğlu İstanbuldan ayrıldığında 10 yaşındaydı. Osmanlı xanədanlığı ölkədən uzaqlaşdırıldı, o da, 70 il həsrətini çəkəcəyi ölkəsinə gələ bilmədi.İndi çox sevdiyi həmişə sevdiyi İstanbulda dəfn edildi.
TƏK VARİSİ ZEYNƏB
TARZİ
Osman Ərtuğrul,
ilk dəfə 1946-cı ildə Güney Afrikalı Gulda
adında bir xanımla evləndi; 6 il sonra
ayrıldılar.1991-ci ildə bir mərasimdə tanış
olduğu, 1940-cı il doğumlu Əfqan kraliyət ailəsindən
Zeynəb Tarzi ilə həyatını birləşdirdi.
Uşağı olmadı. Qardaşı Fəxrəddin əfəndinin
də uşağı yoxdu. Bu səbəblə tək
varis Zeynəb xanımdır.
Bu nəsildən
son dəfn 21 il qabaq olub.
Divanyolundakı
Sultan Mahmud Türbəsində üç padişahın qəbri
var.Sultan Mahmudla birlikdə Sultan Abdulaziz və Sultan 2-ci
Abdülhamid də bu türbədə dəfn edilib.Burada xanədan
ailəsinə mənsub 30 adamın qəbri var. Türbəyə
ən son 1988-ci ildə Sultan Abdülhamidin nəvəsi Rəbia
Sultan (Başbakan Turqut
Özalın fəaliyyəti, Kənan Evrənin
imzasıyla) basdırıldı.
Şadiyə
Sultan isə 1977-ci ildə eyni yerdə toprağa verildi.
21 il sonra
Bakanlar Kurulunun izniylə Osman Ərtuğrul Əfəndi də
dədələrinin yatdığı türbədə dəfn
edildi.
Ancaq xanədan ailəsindən Atiyə və Mehrişah sultanların yanına deyil, Ziya Gökalpın yanına dəfn edilməsi çaşqınlığa səbəb oldu.
İbrahim Doğandan uyğulama
ONLAR NƏ DEDİLƏR
M.FƏTHULLAH
GÜLƏN:
“Taleləri
millətimizin taleyi ilə birləşən əsl bir ailənin
üzvü olaraq dünyaya gəlmiş, taleyində
şanlı bir keçmişi daşımağın
vacibliyini təmkin və təvazökarlıqla bilərək,
həyatını yaşamağa çalışmış,
qürbət içində qürbət yaşasa da millətini
və onun dövləti olaraq Türkiyə Cümhuriyyəti
Dövlətini incidəcək davranışlardan qətiyyətlə
uzaq durmağı millətinə qarşı bir vəfa borcu
bilmiş, qiymətli insan Ərtuğrul Osman Osmanoğlu Bəyəfəndinin
vəfat xəbərinin təəssüratı içindəyəm”.
ORXAN ARAS (yazar, Almaniya):
Osmanlı
İmperatorluğu 1923-cü ildə artıq vaxtını doldurmuşdu
və tarixi hadisələr də bu yöndə axdı
getdi.İmperatorluğun varisləri də eynən Osmanlı
dövləti kimi getdikcə tükəndi,səpələndilər
ayrı-ayrı ölkələrə və dəyişdilər.Onların
içində artıq nə bir Fatih kimi igid və uzaq görən
biri, nə də Qanuni kimi dünyaya nizam verən
vardı.Onlar da dövlətləri kimi yorulmuşdular.
Bu üzdən Ərtuğrul Osmanoğlunun ölümü sanki çox-çox uzaqdan tanıdığım birinin ölümü kimi gəldi mənə. Amma içimdə belə dedim: Ey qoca Osmanlı! Sən yıxılıb getsən də adın və mirasçıların hələ yaşayırlar.
İDRİS GÜRSOY :
“Osmanoğlu, yeni nəsillərin tarix oxumalarını istəyirdi.Keşkə, bu xanədan mənsubunun ölümü Osmanlıya marağı bir az daha artıra bilsə, tarixi hadisələr və şəxsiyyətlər insanlarımızın diqqətini çəkə bilsə”.
Tofiq ABDİN
525-ci qəzet.- 2009.- 14 noyabr.- S.27.