Bizim və
hamının Çingiz
Abdullayevi
Dünən xalq yazıçısı Çingiz
Avdullayevin Azərbaycan
Yazıçılar Birliyinin
Natəvan klubunda gənclərlə görüşü
keçirildi
Çingiz Abdullayevlə
görüş məncə,
Azərbaycan Yazıçılar
Birliyinin qarşısından
başladı. Maşınından
düşəndə mən
Çingiz müəllimin
bir neçə yaşıdı ilə birgə binanın qarşısında durmuşdum.
O, gülümsüyə-gülümsüyə
gəlib öz dostları ilə əl görüşdü.
Mənlə görüşmədi.
Sonra üz tutduq üçüncü
mərtəbəyə – Natəvan
klubuna. Tədbir başlayandan bitənə
qədər ayaq üstə durub gənclərin suallarını
cavablandıran dünya
şöhrətli yazıçının
səmimi salamından
sonra mənə təsir edən ilk sözü belə oldu: “Mənim ən yaxın dostum atam idi. Xoşbəxt
adamam ki, atamı 50 yaşımda itirmişəm. Ona görə ki, atam mənim xalq yazıçısı
olduğumu görüb.
Bu baxımdan mən yeganə Azərbaycan yazıçısıyam.
Anarın, Elçinin
atası oğlunun xalq yazıçısı
olduğunu görmədi”.
Əvvəlcə tələbələr
sual verməkdən çəkinsələr də,
Çingiz müəllimin
səmimiyyətini duyandan
sonra sanki ürəkləndilər. Suallar
yağış kimi yağdı, müxtəlif
cür suallar... Bu da gənclərdən
birinin çox maraqlı və səmimi xahişi... “Çingiz müəllim bu gün dünyanın
gücü çatmır
Füzulini bizim əllərimizdən almağa.
Məncə bu ona görədir ki, biz Füzulinin
türk dilində yazdığı əsərlərini
əllərimizdə bayraq
kimi tutmuşuq. Xahiş edirəm ki, gələcəkdə sizin
Azərbaycan yazıçısı
olduğunuzu sübut etmək üçün bu dildə əllərimizdə
bayraq kimi tutacağımız əsərləriniz
olsun. Çingiz müəllimin xahişə
qarşı cavabından
belə çıxdı
ki, hər hansı bir millətin nümayəndəsi
olduğunu sübut etmək üçün
dil əsas fakt deyil, əsas
təfəkkür tərzidir.
Sonra o, uşaqlıq xatirələrindən
danışdı: “Mən
orta məktəbdə
oxuyanda boyum hündür olduğu üçün həmişə
axırıncı partada
otururdum. Ən pis oxuduğum fənn riyaziyyat idi, o biri
fənlərdən 5 qiymət
alsam da, riyaziyyatdan “2” alırdım.
Futbolu sevirdim. Çoxlu kitablar oxuyurdum. Hətta riyaziyyat müəllimim mənim çox kitab oxumağımdan narazı idi. Anam əllərimdən kitabı alırdı ki, az oxu.
Təqribən 14-15 yaşım
olardı, küçədə
xalq yazıçısı
Anarı gördüm,
istədim yaxınlaşım,
amma ürək eləmədim”. Elə bu sözü deyib qurtarmışdı ki, əlimi qaldırıb Çingiz müəllimdən soruşdum:
“Bayaq siz binanın qarşısında
gəlib öz dostlarınızla görüşdünüz,
həmin sırada mən də var idim. Nədənsə
mənə salam vermədiniz. Niyə?”
O, gülümsüyə-gülümsüyə “mən
səni tanımıram”
– dedi.
Mən də dedim ki, yəqin Anar müəllim də sizi tanımırmış. Bu səmimi “qarşıdurma” dan sonra klubda gülüş səslərinin içində fürsət tapıb ikinci sualımı verdim: Siz İnternetdə www.facebook.com <http://www.facebook.com> saytını izləyirsiniz? Gülə-gülə “hərdənbir oluram” dedi.
–“ Mən bu axşam sizə dostluq mesajı göndərəcəm, qəbul edərsiniz” dedim.
Cingiz Abdullayev gülümsündü, başının işarəsiylə razılıq verdi.
Ürəyim suallarla dolu idi. Odur ki, söhbətin çox şirin getdiyini nəzərə alıb üçüncü sualımı da verdim: – Gənc yazıçılardan kimləri oxuyur və bəyənirsiniz?
Cavabı necə oldusa elə də deyirəm: – “Bayaq sənin yanında əyləşən
şair Səlim Babullaoğlunu, İlqar Fəhmini, Elçin Hüseynbəylini oxuyuram və eyi zamanda
çox bəyənirəm.
Elçinin maraqlı hekayələri var. Mən inanıram ki, İlqar Fəhmi 15-20 sonra Azərbaycanın ən məşhur yazıçılarından
olacaq”.
Dünyanın çox yerində sevilə-sevilə oxunan bu 50 yaşlı cavan yazıçıya qulaq asa-asa düşünürdüm ki, o, bizim dünyanın hər yerinə çatan səsimizdi. Türk təfəkkürünü öz yazılarında, bir azda dəqiqləşdirsək, nə az, nə çox 140-a yaxın romanında ehtiva edən yazıçının sadəliyi, səmimiliyi, oxu mədəniyyətini və Azərbaycanın mill-əxlaqi dəyərlərini olduqca yüksək qiymətləndirməsi ürəyimi qürur hissi ilə doldururdu. Tələbə doslarımın bir sualı: “ Siz əsərlərinizdə öz həyatınızı yazmısınızmı?” Cavab: “Tam şəkildə, yox”
Azərbaycan Yazıçılar
birliyinin katibi, hüquq elmləri doktoru, Azərbaycanın ən gənc xalq yazıçısı
Çingiz Abdullayev həmişə insan münasibətlərinin kəsişmələrini,
həyat ziddiyyətlərini,
dövrün xarakterini
və bu proseslərdə üzə
çıxan haqqın,
ədalətin təntənəsini
əsərlərində ön
planda göstərib. O bu görüşdə sözə,
onun təsir gücünə, əbədiliyinə
yüksək qiymət
verdi: “Səddam Hüseyn kimi böyük bir hökmdar İmam Hüseynin ayaqları altında yata bilmədi, amma söz sərkədəsi
M. Füzuli öz sözü, sənəti ilə onun ayaqları
altında dəfn olunmaq imkanı qazandı”. Başqa bir tələbənin sualı: “Siz nə üçün dedektiv yazıçı oldunuz?” Bu suala
sadə və aydın cavab: “Mən hüquq təhsili almışam, yaxşı müstəntiq
ola bilmədim, amma bu sahənin
yazıçısı oldum.”
“Əsərlərinizdəki qadınlara
münasibətiniz” – sualına
cavabı da zalda böyük reaksiya doğurdu: “Gözəl qızlar adətən ağıllı
olmur, əgər çox yaşamaq istəyirsinizsə ağllı
qadınla ailə həyatı qurun, dövlətin inkişafı
da ən çox qadınlardan asılıdır”
Bu iki saat ərzində Çingiz Abdullayev necə yazıçı olduğunu
deyə bilmədi.
Bu təbiidir. Mənim fikrimcə, o, böyük yazıçıdır. Xalqımızın
dünyanın hər
yerində Anar, Elçin, Əkrəm Əylisi, Vaqif Səmədoğlu, Ramiz Rövşən, Aqil Abbas və Vaqif
Bayatlı Odərlə
bir yerdə eşidilən səsidir. Amma bir də
əsl həqiqəti
zaman deyəcək. Hardasan, ey zaman,
tez gəl!!
Kəramət Böyükçöl
525-ci qəzet.- 2009.- 14 noyabr.- S.23.