Azərbaycan bəstəkarlıq məktəbilə bağlı beynəlxalq konfrans keçirilib

 

Dünən Azərbaycan Bəstəkarlar İttifaqının (ABİ) 75 illik yubileyi münasibətilə təşkil olunan Beynəlxalq Musiqi Festivalı çərçivəsindəAzərbaycan bəstəkarlıq məktəbi: axtarışlar perspektivlərmövzusunda beynəlxalq konfrans keçirilib. APA-nın məlumatına görə, konfransda çıxış edən Azərbaycan Bəstəkarlar İttifaqının sədri Firəngiz Əlizadə Azərbaycan bəstəkarlıq məktəbindən danışıb bu məktəbin inkişafında Azərbaycanın görkəmli bəstəkarlarının danılmaz xidmətləri olduğunu söyləyib. Konfransda Zümrüd DadaşzadəAzərbaycan musiqisində avanqard texnologiyaların tətbiqinə dair”, Cahangir SəlimxanovYerliyeni musiqi yaxud paralel avanqard”, Sevil FərhadovaMusiqi elm incəsənət kimi”, Rəhilə AbbasovaMüasir Azərbaycan operasının bəzi problemlərinə dair”, Kamilə DadaşzadəAzərbaycan musiqi eposşünaslığının problemləri müasir elmi paradiqmalar kontekstindəmövzusunda çıxışlar ediblər.

Qeyd edək ki, Beynəlxalq Musiqi Festivalı Mədəniyyət Turizm Nazirliyi, Azərbaycan Bəstəkarlar İttifaqının birgə təşkilatçılığı ilə keçirilir. Festival noyabrın 17-dək davam edəcək.

 

 

525-ci qəzet.- 2009.- 14 noyabr.- S.22.