Sevgi, məsuliyyət, anlayış...

 

Keçən il Rəşad bəydən soruşdum ki, necə olub qəzetiniz özünüz bu qədər populyarlaşmısız. Rəşad Məcid 525 brendə çevrilib. Fikirləşdi, fikirləşdi,...cavab tapmadı.Dedi ki, bunun cavabını tapsan, tapsan, sən taparsan.

Mətbuatımızın “525-ci qəzeti 17 il əvvəl üzə çıxıb. O yarananda ölkədə bütün adlarda qəzetlər qeydiyyatdan keçmişdi. Çəmənlik, gözəllik, səhər günəşi, axşam səfası, çiçəkli Bakı, Bakının çiçəyi s. adların içində o sadəcə qeydiyyat nömrəsini özünə ad seçdi. Mən onda kiçik qız idim.

taleyimin bu qəzetlə bağlı olacağından, bu qəzetdəki yazarlığımdan xəbərim yox idi. “ 525-ci qəzetyarandı. Ölkədə vəziyyət ağır idi, nümayişlər, kütləvi etirazlar, mitinqlər...Yaradıcı, özünə inamlı, iddialı cavan oğlan bu hay-küyün içində yeni yaranan müstəqil dövlətin ilk müstəqil qəzetlərindən birini təsis etdi.

“525” illərdi  hər kəsin üzünə açıqdır, demək istəyənlər üçün tribunadır. Bu tribunada kimin deyəcəyini, danışacağını “ 525” müəyyən etmir. Təbii ki, qəzetin öz kuralları, öz konsepsiyası var: təhqir yox, iftira yox, artıq-əskik danışmaq yox! Bundan o yana yazar tamamilə özgürdür. Mövqeyindən, yerindən-yurdundan asılı olmayaraq. Qəzet   oxucu üçün ekrandır. Bu ekranda oxucunun cəmiyyətin ictimai, siyasi, mədəni,...həyatını izləmək imkanı olmalıdır. Ölkədə baş verir, necə  baş verir, harda baş verir...

Və qəzet jurnalistikanın   iki vacib işini görürxəbərçilik və publisistika.

Xəbər qəzetin obyektiv öhdəliyidir, hətta vəzifə borcudur. Publisistika qəzetin subyektiv mövqeyidir. Qəzet hadisələri   olduğu  kimi çatdıran, eyni zamanda bu hadisələri bildiyi kimi yorumlayan mexanizmdir. Birinci xəbərçilərin, ikinci müəlliflərin işidir. Avropa mətbuatında xəbərçilik birinci yerdədir. Avropalı şərhdən, icmaldan, təhlildən daha çox dəqiq informasiya almaq, məlumatlanmaq, hadisələrin gedişini olduğu kimi izləmək istəyir.

Rusiyada isə müəllif yazılarıpublisitika önəmlidir kifayət qədər maraq yaradır. Bu ilin oktyabrında RF prezidenti D. Medvedyevin saytların birində ölkə iqtisadiyyatının böhrandan necə yan keçməsi, inkişafı ilə bağlı yazısı çıxdı. Yazıda ölkə başçısının xalqına belə bir müraciəti var idi:

Heç kəs oturub gözləməməlidir ki, dövlət bütün problemləri həll edəcək. Ölkədə hər kəs vətəndaş aktivliyi göstərməlidir.” Bu yazısı ilə xalqı açıq dialoqa çağıraraq , hər kəsə sayta açıq təklif münasibət bildirmək imkanı da verdi. Rusiyada bu hadisə prezidentin RF-nın iyirmi illik mövcudluğunun hesabatı kimi dəyərləndirildi. Ölkə başçısı KİV vasitəsi ilə xalq dövlət arasında peşəkar isti münasibətlər qurdu. Bu həm xalqın üzünü KİV-ə çevirən, həm dövlətin onu önəmsədiyini anlamasına yönələn strateji addım, ölkədə publisistikanın qədər önəmli olduğunu göstərən faktor idi.

Türkiyədəki vəziyyət bir az başqa   cürdür. Ayrı-ayrı qüvvələrin, gizli təşkilatların, xarici maraqların təsiri fəaliyyəti mətbuatda aləmi bir-birinə vurub. Kimin hansı məssəbə qulluq elədiyini anlamaq çətindir. Türkiyə mətbuatında it yiyəsini tanımır. Çox ciddi müəlliflər, qəzetlər olsa da bunların müstəqil məqsədsiz fəaliyyətinə inanmaq olmur. Ölkənin ruhuna, tarixinə , milliliyinə, geosiyasi çəkisinə xələl gətirən yüzlərlə yazılar yazılır. heç kəs cavabdehlik daşımır.

Qəzet tərif meydanı deyil. Hətta onun subyektivliyində obyektivlik, qərəzsizlik ifadə olunmalıdır. Əgər mövcud olduğu cəmiyyətdə müstəqil söz demək, müstəqil olmaq mümkün deyilsəqəzetçilik yaxşı inkişaf etməyibsə, reklam bazarı yoxdursa, mətbuat infrostrukturu yox səviyyədədirsə s.- qəzetin qızıl ortanı tapması çox önəmlidir. Bu isə kifayət qədər peşəkarlıq tələb edir.

“525-ci qəzet in 17 illik həyatında aktuallığını itirməməsinin əsas səbəbi budur. Qəzet qızıl ortadadır. Azərbaycan reallığında bu peşəkarlıqdır.

İstənilən strukturun ötürdüyü enerjidən, ab-havadan həmin strukturun rəhbəri haqda informasiya almaq olur. Ən adi bir kafeyə, dükana girəndə ortamın ümumi halı bu yerin rəhbərinin necə adam olduğunu deyir. O ki, qaldı Rəşada o, el atasıdır. İnsan təkcə şöhrət sahibi olmaq istəyirsə bu eqoizmdir. Amma uğurları ilə yanaşı cəmiyyətə, insanlara yararlı olursa, bu dəyərdir. Rəşad Məcidin brendə çevrilməsinin səbəbi onun iddiası ilə yararlılığının dil tapa bilməsidir. Bununla o, mətbuatda fiqura çevrilə bilib. Onu aktuallığında saxlayan əslində başqalarıdır.

“525”də universitet tələbələrinə yazmaq , özünü tapmaq imkanı verilir. Mən hər dəfə çox gənc bir imzaya rast gələndə sevinirəm. Gənclik elə bir dövrdür ki, sonrakı həyatında kim olacağını, nəylə yaşayacağını müəyyən edir. Hətta bunun hökmünü verən hadisələrlə doludur. İnsanın həyatında olursa gəncliyindən sonra olur, həm hər şey gənclikdən başlayır. Bu detalı hərə öz bildiyi kimi yoza bilər. Bu hamının öz haqqı həqiqətidir. Amma proses gənc jurnalistlərə qələmlərini itiləməyə, təcrübə toplamağ, professional yolçuluğa çıxmağa imkan verirsə, qiymətlidir. Bu münasibətlə mən qəzetimizin gənc yazarlarını təbrik edirəm. İstəyirəm ki, “ 525-ci qəzetonların peşəkar həyatlarında vizit kartına çevrilə bilsin.

Qəzetin bütün komandasını kutlayıram. 17 il az ömür deyil. İllərlə qəzetdə külüng vuran hər kəsin bu təbrikdə payı haqqı var. Bu çox ağır, çətin yolçuluqdur. 17 il hər çətinliyə tab gətirmək dözümlülük dönməzlik göstəricisidir. Biz vətəndaş kimi azərbaycanda bu cür mətbu orqanlarının olduğunu dəyərləndirməliyik.

Baş redaktor ədəbiyyat adamı olduğundan qəzetin köşələri daha çox ədəbiyyatçılara, yazıçı şairlərə aiddir. Kimlərin imzası görünmür ki, bu qəzetdə... oxucuların da çoxu ədəbiyyatısözü sevənlərdir.

Oxucum, qəzet hər buraxılışında sizin mühafizəkar həssas gözlərinizi üzərində hiss edir. Hər yazı sizin ağlınızı marağınızı məşğul edə bilməyə köklənir. Siz qəzetin həyatında kişinin həyatındakı qadın, ananın həyatındakı övlad kimisiz. Aramızda bir önəmli bağ varsevgi. Bir önəmli öhdəlik varməsuliyyət. Bir önəmli yaxınlıq varanlayış. Məncə 525 bu üç amili qorumağa davam edəcək. Sizə , bizə uğurlar.

 

 

AYSEL ƏLİZADƏ

 

525-ci qəzet.- 2009.- 14 noyabr.- S.22.