Yarımçıq əlyazmadünya çapında

 

 (Azərbaycan romanının Nobel mükafatına ilk rəsmi cəhdi )

 

Şübhəsiz, hamımız hər şeydən qabaq vətəndaşıq şübhəsiz, hamımızda bir azərbaycanlı qüruru, azərbaycanlı eqosu var. təbii ki, bu eqo daima özünü təsdiq etmək, dünyaca tanınmaq ehtirasıyla müşayiət olunur. Dövlət müstəqilliyimizin dünya ölkələri tərəfindən tanınmasından başlanan yol getdikcə dünyanın içərilərinə doğru uzanmaqdadır bu tilsim, deyəsən, ədəbiyyatımızda da qırılmağa başlayıb. 

Görkəmli Azərbaycan yazıçısı Kamal AbdullanınYarımçıq əlyazmaromanı ədəbiyyatımızın son dövrlərdə ən çox uğur qazanmış əsəridirartıq bunu qətiyyətlə demək olar. Bu roman ilk ciddi rezonansı, təbii ki, Azərbaycanda yaratdı. Onun haqqında 100-dən çox məqalə yazıldı, canlı müzakirələr keçirildi. Xalq yazıçısı Anar bu roman münasibətilə bütün Azərbaycan ədəbiyyatını təbrik etdi.

Ardınca isə   Yarımçıq əlyazmanın dünya səyahəti başladı.

Roman ilk dəfə nəsrin beşiyi sayılan FransadaL.Harmatton”” nəşriyyatında çap olundu qısa zaman ərzində ölkə mətbuatında bununla bağlı məqalələr dərc edildi. Parisin dünya şöhrətli İnalko Universitetində bu əsərin müzakirəsinin keçirilməsi isə ümumilikdə Azərbaycan ədəbiyyatı üçün yeni ciddi bir fakt idi.

Bundan sonraYarımçıq əlyazmarus dilinə tərcümə olunaraq məşhur ədəbiyyatşünas-filosof Lev Anninskinin ön sözüylə MoskvanınXronikyornəşriyyatında nəfıs şəkildə çap olundu. Rusiyanınİnostrannaya literaturajurnalı öz tarixində ilk dəfə postsovet məkanından olan yazıçının əsərini dəyirmi masa arxasında müzakirəyə çıxardı müzakirənin materiallarını öz səhifələrində (2007, ą 4) çap etdi. “Kitabi-Dədə Qorqud” – verilmiş mövzu ətrafında fantaziyaadlanan dəyirmi masanın iştirakçıları olan nüfuzlu imzalarYarımçıq əlyazma”” yalnız Azərbaycanda deyil, bütün keçmiş sovet məkanında qiymətli əsər hesab etdilər.

Başqa bir müzakirə rus PEN klubunda oldu. Məhz bu müzakirədən sonra Kamal Abdulla dünyanın seçmə yazıçılarını birləşdirən Rus Pen-klubuna üzv qəbul olunan ilk Azərbaycan yazıçısı oldu.

Sonra isə əsər Türkiyədə nəşr edildi. Burada da uzun müddət müxtəlif mətbuat orqanlarında əsərlə bağlı rəy məqalələr yazıldı. CümhuriyyətqəzetininKitabəlavəsi Kamal Abdullaya böyük bir yazı həsr etdi.

Yarımçıq əlyazmaromanı bu yaxınlarda polyak dilində işıq üzü görüb. Əsəri polyak dilinə Qdansk Universitetinin dosenti, tanınmış tərcüməçi Stanislav Ulyaşeviç çevirib. Tərcümə zamanı o, romanın orijinal mətni ilə birlikdə rus fransız dillərindəki variantlarından da istifadə edib. Məşhur alim Qrajina ZatulskaYarımçıq əlyazma”nın polyak nəşrinə əsərin tarixi fonunu bədii özünəməxsusluqlarını açıqlayanÇox-çox qədim zamanlarda Oğuz elində....” adlı müqəddimə yazıb, tarixçi-türkoloq Ancey Pisoviçin yazdığıSözardı”nda isə Kamal Abdullanın populyar romanı ümumtürk tarixi mədəniyyəti kontekstində nəzərdən keçirilir.

Nəhayət, müasir dünya ədəbiyyatının ən zəngin qollarından birini təşkil edən Latın Amerikası ədəbiyyatı ilk dəfə olaraq öz coğrafiyasında Azərbaycan ədəbiyyatının təmsilçisi ilə görüşdü – “Yarımçıq əlyazmaBraziliyada çap olundu. Portuqal dilində “O manuscritio inacabadokimi səslənən kitabın ön sözündə Paraiba Universitetinin professoru, müqayisəli ədəbiyyatşünaslıq üzrə dünyada tanınmış mütəxəssis Sutxa Svarnaka yazır: “Mən Azərbaycan xalqının miflərindən bəhs edən bu əsərin tərcüməsindən çox məmnun qaldım. Qələmə aldığı hekayə, şeir romanları, dram əsərləri dünyanın bir çox dillərinə tərcümə edilmiş uğurla səhnələşdirilmiş bu dünyamiqyaslı yazıçının son dərəcə maraqlıYarımçıq əlyazmaromanı Braziliya oxucusunun da qəlbinə yol tapacaq. Boynuma alıram ki, bundan öncə Azərbaycan onun mədəniyyəti haqqında çox az şey bilirdim. Mən özüm üçün yeni bir dünya kəşf etmiş oldum”.

Braziliyanın öncül nəşriyyatlarından biri “İDEİA”-nın 20 yaşının tamam olması münasibətilə təşkil etdiyi sərgi-təqdimetmədə braziliyalı oxucularınYarımçıq əlyazmailə tanışlıq mərasiminin keçirilməsi isə Azərbaycanın, Azərbaycan ədəbiyyatının təbliği istiqamətində çox maraqlı addım idi. Kitabın Braziliya nəşrində Azərbaycan oxucusuna sevindirici bir fakt haqqında da məlumat verilir ki, “Yarımçıq əlyazmaromanı 2008-ci ildə Nobel mükafatına təqdim olunmuş rəsmən namizədlərin sırasına qəbul olunmuşdur.

HazırdaYarımçıq əlyazma”nın yapon dilinə tərcüməsi üzərində professor İçiro İto ardıcıl aparır. Ərəb dilinə tərcümə isə artıq başa çatdırılıb.

Əlbəttə ki, bütün bunlar sevindiricidir. əlbəttə ki, bütün bunlar təkcə bir yazıçnın uğurları kimi sevindirici deyil, həm bütövlükdə uzun zamanBiləcəri sindromu”ndan əziyyət çəkmiş ədəbiyyatımızın, dünya ailəsinə qovuşmağa ciddi ehtiyacı olan ölkəmizin uğurlarıdır. “Yarımçıq əlyazma”nın yayıldığı ölkələrə bu əsər vasitəsiylə, əslində, Dədə Qorqud, Şah İsmayıl qədəm qoyur. Məhz bu məqamdan çıxış edəndə görürsən ki, xalq yazıçısı ElçinYarımçıq əlyazma”nın Braziliyada portuqal dilində nəşrini müstəqil dövlətimizin uğuru sayarkən necə haqlıdır. Görürsən ki, Azərbaycanın gənc yazarlarındın biri Fransanın kitab dükanlarında  dünya şöhrətli yazıçıların kitablarıyla yanaşı, Kamal AbdullanınYarımçıq əlyazma”sını görməsini xüsusi bir qürurla qəzetdə yazarkən necə səmimidir. Fransadan iqtisad professoru Andrea Brinyon yazır ki, mən Azərbaycan ədəbiyyatını tanımırdım, ammaYarımçıq əlyazma”nı maraqla oxudum Dədə Qorqud, qədim Oğuz padşahlığı, onun cəngavərləri, Oğuz dünyası məndə maraqlı hisslər oyatdı. sonra həmin professor bizim kənardan çox ləyaqətli görünən mənəvi obrazımızı cızmağa başlayır.

Ədəbiyyat üzrə Nobel mükafatının ciddi bir təqdimetmə proseduru mövcuddur. Xüsusi adamlar (bunlar isə dünyaca məşhur ədəbiyyatşünaslar, yazıçılardır) seçilir ki, onlara öz namizədlərini təklifetmə haqqı verilir.

Amma bu da işin hamısı deyil. Rəsmi qeydiyyat bu əlli nəfər təqdimetmə haqqı olan adamların heç hamısının namizədini qeydə almır. Braziliya nəşrinə yazılan ön sözdən bilinir ki, “Yarımçıq Əlyazmabu mərhələlərdən keçmiş rəsmi şəkildə Nobel Mükafatı Komissiyasının qeydiyyatına düşmüşdür.

İlk cəhd edilmişdir. Azərbaycan ədəbiyyatı buzu yarmağa başladı.

 

 

 Salam

 

 525-ci qəzet.- 2009.- 17 noyabr.- S.7.