İslami dəyərlərə aid rəsm tətbiqi sənət nümunələri sərgilənib

 

Muzey MərkəzindəHəvəskar rəssam xalq tətbiqi sənəti ustalarının işlərində İslami dəyərlərmövzusunda sərgi açılıb. Sərgi Mədəniyyət Turizm Nazirliyinin nəzdində Mədəniyyətşünaslıq üzrə Elmi-Metodiki Mərkəzin planına uyğun olaraqBakı-İslam mədəniyyətinin paytaxtı-2009” silsilə tədbirləri çərçivəsində gerçəkləşib. Sərginin əsasnaməsinə uyğun olaraq 2009-cu il oktyabr ayının 12-dən 14-dək Lənkəran, 16-dan 17-dək Şirvan, 20-dən 21-dək Şəki, 24-dən 25-dək Quba, 27-dən 28-dək Gəncə, 30-dan 31-dək Sumqayıt şəhərlərində sərgilər keçirilib. Münsiflər heyəti tərəfindən bölgələr üzrə sərgilərdə nümayiş etdirilmiş müxtəlif janrlarda 450 əsərdən 300-ə yaxını Respublika sərgisinə təqdim olunub. “Bakı-İslam Mədəniyyətinin Paytaxtı–2009” çərçivəsində Muzey Mərkəzində keçirilən növbəti tədbirTarix-diyarşünaslıq muzeylərində islami dəyərlərin təbliğimövzusunda seminar olub. Tədbirdə mövzu ətrafındaTarix-diyarşünaslıq muzeylərinin ekspozisiyalarının qurulmasında mənəvi dəyərləri əks etdirən materiallar”, “İslamda elm”, “İslamda ailə-məişət”, “Muzeylərdə islami dəyərlərin təbliğinin etik psixoloji məqamları”, “Qurani-Kərimdəki xalılar”, “Tarix-diyarşünaslıq muzeylərində islami dəyərlərin təbliğinin aktuallığımövzusunda məruzələr dinlənilib. Seminarın keçirilməsində əsas məqsəd tarix-diyarşünaslıq muzeylərinin əsas fondlarında mühafizə olunan eksponatların təbliğatı sahəsində biliklərin əldə edilməsidir. Tədbir çərçivəsində Azərbaycan Xalçası Xalq Tətbiqi Sənəti Dövlət Muzeyinə ekskursiya təşkil olunub.

 

 

SARA

 

525-ci qəzet.- 2009.- 17 noyabr.- S.7.