Bəstəkarlar İttifaqının 75 illiyi silsilə tədbirlərlə qeyd olunub
Bəstəkarlar İttifaqında
“Azərbaycan bəstəkarları:
uşaqlara” devizi altında konsert olub. İttifaqın 75 illik yubileyinə
həsr olunmuş Beynəlxalq Musiqi Festivalı çərçivəsində
keçirilən tədbirə
Rusiya, Ukrayna, Tacikistan, Qazaxıstan və digər ölkələrin bəstəkarlar
təşkilatlarının rəhbərləri qatılıblar.
Tədbirdə çıxış
edənlər milli musiqi irsinin əhəmiyyətini önə
çəkərək onun
qorunmasının və
inkişafının vacibliyini
bildiriblər.
Ayrı-ayrı musiqi məktəblərində
təhsil alan istedadlı yeniyetmələr
görkəmli Azərbaycan
bəstəkarları Ü.Hacıbəyli, Q.Qarayev,
A.Zeynallı, F.Əmirov,
A.Məlikov və başqalarının əsərlərini
ifa ediblər.
Sonra 12 nömrəli Uşaq Musiqi Məktəbinin VIII sinif şagirdi Aida Əmirovanın işlərindən ibarət sərgi nümayiş etdirilib. İttifaqın 75 illik yubileyi çərçivəsində növbəti tədbir sözügedən qurumun Ü.Hacıbəyli adına konsert salonunda baş tutub. Beynəlxalq Musiqi Festivalı çərçivəsində gerçəkləşən ikihissəli kamera musiqisi konsertində əməkdar incəsənət xadimləri Elnarə Dadaşovanın “Lay-lay” və “Sənə düşüb meylim” romansları, Cəlal Abbasovun “Yallı”, beynəlxalq müsabiqələr laureatı İlham Abdullayevin “Rəqs”, Elmir Mirzəyevin “5 üslub“, Nərgiz Şəfiyevanın “Mahnı dağlarda qaldı” kompozisiyası, sənətşünaslıq namizədi Adilə Yusifovanın “Parisdə tənha” və Rəna Qədimovanın “Eskizlər” əsərləri, Məmməd Cəfərovun piano üçün “Prelüdlər”i ifa edilib.
SARA
525-ci qəzet.- 2009.- 17 noyabr.- S.7.