Uşaq hüquqları
hamı üçündür
Yaşadığımız 2009-cu il Azərbaycanda “Uşaq ili” elan olunub. Bu da Azərbaycan
dövlətinin uşaqlara
verdiyi, böyük diqqətinin, qayğının
təzahürüdür. Bu
il çərçivəsində
ölkəmizin hər
yerində uşaqlarla
bağlı ardıcıl
olaraq tədbirlər,
layihələr həyata
keçirilir. Bu, uşaqların inkişaf etməsinə, yaradıcılığa
meyli olan balacaların özlərinə
inamına, dövlətin,
böyüklərin onların
üzərində olan
qayğısını hiss
etməsinə gətirib
çıxarır. Uşaqlar
tərtəmiz, saf, ağ kağız kimidirlər. Onların ləkələnməməsi üçün
hər zaman diqqətə ehtiyacları
var.
Çox təəssüf
ki, bu gün
dünyada aparılan müharibələr, terrorlar
nəticəsində milyonlarla
uşaq bu qayğıdan, diqqətdən
uzaq olub acınacaqlı ömür
sürməyə məhkumdur.
Hələ körpə
olan zamandan böyüklərin siyasətinin
qurbanına çevrilən,
müharibənin dəhşətlərini
yaşayan, ac-susuz, ayaqyalın, başıaçıq
qışın soyuğunda,
yayın qızmarında
çadırlarda yaşayan,
səfil həyatı
sürən, bacardığından
qat-qat böyük, ağır işlərlə
məşğul olan uşaqların günahı
nədir?
Nə üçün
balaca fidanların haqqı olan saf təbəssümlərini
onlara çox görürlər?
Bu suallar bu gün bütün
böyükləri düşündürməlidir.
Dünyanın bütün
ölkələrindəki uşaqların
hüquqları eyni dərəcədə qorunmalıdır.
Bilirik ki, 18 yaşına çatmamış
şəxs uşaq sayılır. Bütün
uşaqlar bərabər
hüquqa malikdirlər.
Nə valideynlər, nə onları əvəz edən qəyyumlar heç bir halda onların
hüquqlarını məhdudlaşdırmamalıdır.
Bütün uşaqlara
normal şəraitdə yaşamaq,
təhsil almaq, sağlam mühitdə yaşamaq hüququ verilməlidir. Bunun üçün uşağın
normal ailəsinin olması əsas şərtlərdəndir. Ailədə
övladın yaxşı
tərbiyəsi isə
valideynlərin ümdə
vəzifələrindən olmalıdır. Onlar cəmyyət üçün
yararlı, sağlam düşüncəli, sağlam
əqidəli, bəşəri
dəyərlər əsasında
tərbiyə olunan övladlar yetişdirməlidirlər.
Bu haqda “Uşaq hüquqları haqqında Azərbaycan Respublikasının Qanunu”
nda yazılır ki, uşaqların vurduğu maddi ziyana görə onun valideynləri, övladlığa götürənlər,
qəyyumlar, himayəçilər
Azərbaycan Respublikasının
qanunvericiliyində nəzərdə
tutulmuş qaydada məsuliyyət daşıyırlar.
Deməli, uşağın
pis tərbiyə olunması, ziyanverici vərdişlərə yiyələnməsi,
təhlükəli vəziyyətlər
yaratması yenə
ilk növbədə valideynin
özünə zərbə
vurur. Odur ki, hər bir valideyn əvvəl
öz hüquqlarını
və uşağının
hüquqlarını bilməli,
onu lazımi səviyyədə, tələb
olunan qanunlar əsasında tərbiyə
etməlidir. Eləcə
də uşaqlar öz hüquqlarını
tanımalı, heç
kimin onları təsir altına salmasına, istismar etməsinə imkan verməməlidir. Bəzən
yollarda maşın şüşəsi təmizləyən,
ayaqqabı silən, dəsmal satan, ağır yük qaldıran, dilənçiliklə
məşğul olan uşaqları görmək
çox acınacaqlıdır.
Heç bir valideynin uşağı belə istismar etməyə, təhsildən
ayırıb məcburən
bu işlərə vadar etməyə haqqı yoxdur. Ailədə maddi vəziyyət aşağı
olduqda belə, böyüklər uşağını
bu cür işlərdən uzaq saxlamalıdırlar.
Uşaqların azad fikir, azad söz, təhsil hüquqlarından bəhs olunarkən bir məsələyə toxunmaq istərdim ki, bəzən valideynlər uşağın rəyini soruşmadan onu istədikləri məktəbə göndərir, gələcəkdə hansı peşəni seçmək istədiyini dinləmədən bu seçimi də özləri müəyyənləşdirirlər. Axı əgər bu uşağın içində jurnalist, həkim, aktyor,auditor olmaq və ya digər sənəti seçmək arzusu varsa, özünü bu sahədə tapacağına inanırsa, nə üçün başqasının istəyinə tabe olmalıdır? Onun marağı olmayan bir sahəyə yönəldilməsi axı çox vaxt yaxşı nəticə vermir. O, öz azrularını valideynlərinin iddiasına qurban verərək onların arzularını həyata keçirir. Nəticədə öz işini sevməyən, sevmədiyinə görə də ürəksiz, həvəssiz işləyən birisinə çevrilir. O, cəmiyyətdə yer tuta, özünü təstiqləyə bilmir. Bəzən belə təkidlər uşağın ümumiyyətlə oxumamasına, hər şeyə marağının ölməsinə gətirib çıxarır. Və ya bu təzyiqlər onun psixoloji durumunun gərginləşməsinə, özünə qapanmasına şərait yaradır. Mənim ən yaxın rəfiqələrimdən birini misal çəkə bilərəm ki, o, jurnalist olmaq arzusu ilə çox böyük həvəslə oxuyur, öz gələcək arzularını reallaşdırmaq üçün qurduğu xəyalları bizimlə də bölüşürdü. Lakin, son zamanlarda valideynləri onun mütləq həkim olmasını, yalnız bu sahəyə getməsini tələb etdilər. Rəfiqəm çox çalışsa da onları öz fikirlərindən döndərə bilmədi. İndi o, dərslərindən tamamilə soyuyub, həvəsdən düşüb. Onun uşaqlıq arzuları puç olub. Bəli, bütün hallarda uşaqların haqqı tapdanmamalıdır.
Uşaqlar nə dini, nə etnik
nə irqi, nə cinsi ayrı-seçkiliyə
məruz qalmamalıdır.
Bütün uşaqlar saf və gözəldirlər.
Bütün uşaqlar
yaxşı yaşamağa,
sağlam həyat sürməyə, şənlənməyə
layiqdirlər.
Uşaqların bütün hüquqlarının qorunması BMT-nin 1924-cü il tarixli Cenevrə Bəyannaməsində və 1959-cu il noyabrın 20-də Baş Məclis tərəfindən qəbul edilmiş, uşaq hüquqları bəyannaməsində çox geniş qeyd olunub.
BMT-nın Uşaq Hüquqları Konvensiyası dünyadakı bütün uşaqların qorunması, uşaqların inkişafı və rifahı, şəxsiyyətinin tam və ahəngdar inkişafı üçün onun ailə mühitində, xoşbəxtlik, məhəbbət və anlaşma mühitində böyüməsini, cəmiyyətdə müstəqil həyata tamamilə hazırlanmasını, sülh, ləyaqət, dözümlülük, azadlıq, bərabərlik və həmrəylik ruhunda tərbiyə edilməsini nəzərdə tutur.
Azərbaycan 1992-ci ildə bu Konvensiyaya, 2002- ci ildə həmin Konvensiyanın 2 əlavə protokoluna qoşulub. 1999 –cu ildə isə “Uşaq Hüquqları” haqqında Azərbaycan Respublikasının Qanunu qəbul olunub.
Bu gün Azərbaycanda 1 milyondan çox uşaq var. Onların 20 mindən coxu valideyn himayəsindən məhrumdur. Bu uşaqların 3144 nəfər əlildir. Lakin dövlətimiz bu uşaqların hər birinə böyük qayğı göstərir. Valideyn himayəsindən məhrum olan uşaqların himayəyə götürülməsi, uşaq evlərində yerləşdirilməsi, hər cür qayğıyla əhatələnməsi, şəraitlə təmin olunması göz önündədir. Bu uşaq evlərinin əsaslı təmir olunmasında, yeni binaların tikilməsində, istedadlı uşaqların üzə çıxarılıb, qiymətləndirilməsində Heydər Əliyev fondunun xidmətləri də əvəzsizdir. Əlil uşaqların, diabetli,hepatitli, talassemiyalı uşaqların müayinə və müalicə olunması, onların normal həyata qaytarılması üçün bu fondun gördüyü işlər yüzlərlə ailəyə şadlıq, sevinc gətirib. Son vaxtlar Azərbaycandakı dovşandodaq və canavarağız uşaqların əməliyyat olunması üçün Heydər Əliyev fondunun təşəbbüsü ilə xaricdən həkimlər dəvət olunmuş bu uşaqlar gələcəkdə komplekslərlə yaşamaqdan azad edilib. Həmin uşaqların valideynlərinin necə xoşbəxt göründüklərini teleekrandan izləmək bir uşaq olaraq məni də sevindirirdi. Məhz uşaq hüquqları sahəsində gördüyü bu işlərin qarşılığında Heydər Əliyev fondunun prezidenti Mehriban xanım Əliyeva 13 may 2009-cu il tarixdə “Gənc lider” Uşaq Təşkilatı tərəfindən “Uşaqların dostu” milli mükafatına layiq görülüb.
Bundan əlavə Ailə, Qadın və Uşaq problemləri üzrə Dövlət Komitəsi və digər aidiyyəti üzrə qurumlar da dövlətimizin uşaqlarla bağlı yeritdiyi siyasətə dəstək olaraq bir çox tədqirəlayiq lahiyələr həyata keçirirlər.
Bu il BMT-nin Uşaq Hüquqları Konvensiyasının qəbul olunmasının 20 illiyi qeyd olunacaq. Xoş təsadüfdür ki, məhz bu il həm də Azərbaycanda “Uşaq ili” elan olunub.
Bütün uşaqlara azad, firavan, xoşbəxt, saf, təmiz həyat arzulayıram. Qoy gülüş onların üzündən əksik olmasın
Məmmədəli Gülayə
Qalib qızı
M.F.Axundov adına 3 saylı orta məktəb liseyi
525-ci qəzet.-
2009.- 17 noyabr.- S.6.