Milli Kitab Mükafatının təsisçisi münsiflər heyəti ilə növbəti görüş olub

 

Ötən gün Azərbaycan Dillər Universitetində Milli Kitab Mükafatının təsisçisi münsiflər heyəti ilə görüş keçirilib. Qeyd edək ki, indiyədək mükafatın təsisçisi münsiflər heyətilə Bakı Slavyan Universiteti Xəzər Universitetində görüşlər olub. Tədbiri giriş sözü ilə açan universitetin elmi işlər üzrə prorektoru Dünyamin Yusifov belə tədbirlərin cəmiyyətimizdə kitaba əvvəlki marağı bərpa edəcəyinə əminliyini bildirib. Milli Kitab Mükafatının təsisçisi, “Əli NinoNəşriyyat Evinin rəhbəri Nigar Köçərli deyib ki, layihənin məqsədləri ictimaiyyətin diqqətini Azərbaycan ədəbiyyatına cəlb etmək, müasir ədəbiyyatımızın sosial önəmini artırmaq ədəbiyyatımızı zənginləşdirəcək əsərlərin nəşrinə çalışmaqdır: Biz çox ümid edirik ki, bu layihənin həyata keçirilməsi sayəsində milli ədəbiyyatımız üçün inci hesab edilən ədəbi əsərlər yarada biləcək müasir müəlliflərin oxucular üçünkəşfi stimullaşdırılmasına nail olacağıq”. N.Köçərli Milli Kitab Mükafatının bütün respublikanı əhatə etməsi üçün Təşkilat Komitəsi münsiflər heyətinin tarixən ədəbi mərkəzlər sayılan Gəncə, Şamaxı, Naxçıvan, Lənkəran, Şəki Quba şəhərlərində, ətraf rayonlardan da dəvət olunacaq ziyalılarla gənclərlə görüşlərinin keçiriləcəyini önə çəkib.

Təsisçi N.Köçərli layihəyə dəstək verən qurumlara təşəkkürünü bildirib: “Milli ədəbiyyatımızın inkişafına yönəlmiş bu layihənin həyata keçməsində bir çox insanların qurumların rolu əvəzsizdir. Mədəniyyət Turizm Nazirliyinin, İdman Gənclər Nazirliyinin timsalında Azərbaycan hökumətinin dəstəyilə ilk dəfə keçirilən Milli Kitab Mükafatına inanan baş sponsorluq edənAzercellşirkətinə, həmçininAzersunQarant Sığortaya minnətdaram”. N.Köçərli mükafatın münsiflər heyətində Yazıçılar Birliyinin katibi Pen-klubun sədri Çingiz Abdullayev, Kinomatoqrafçılar İttifaqının sədri Rüstəm İbrahimbəyov, yazıçı Afaq Məsud, Jurnalistlər Birliyinin sədri Elçin Şıxlı, kinorejissor ssenariçi Ramiz Fətəliyev, şair Vaqif Səmədoğlu, millət vəkili Rəbiyyət Aslanova, Yazıçılar Birliyinin katibi Rəşad Məcid, Xəzər Universitetinin rektoru Hamlet İsaxanlı, teleaparıcı Nərgiz Cəlilova, prodüser Balakişi Qasımov Muğamradiosunun rəhbəri Elnur Baimov kimi tanınmış insanların təmsil olunduğunu diqqətə çatdırıb.

Afaq Məsud istedadlı qələm sahiblərinin imzasının tanıdılmasında bu tədbirin önəmli rol oynayacağı barədə inamla danışıb: “Münsiflər heyətindəki insanları tanıyıram, bu baxımdan, həm özümün, həm onların adından çıxış edib, bu müsabiqənin obyektiv keçəcəyinə inandığımı demək istəyirəm. Çalışacağıq ki, seçim zamanı əsərlərin dilinin zənginliyi, süjet xəttinin maraqlılığı, əsərin verdiyi mesajın mahiyyəti digər nüansları nəzərə alaq”.

AYB katibi Rəşad Məcid bildirib ki, N.Köçərli bu müsabiqə vastəsilə əvvəllər mövcud olan dəyərli bir ənənəni bərpa etməyi qarşısına məqsəd qoyub: “Bu təşəbbüs alqışa layiqdir. Nigar xanım bu işi o qədər həvəslə görür ki, ona bu yolda dəstək verməmək, yardım etməmək sadəcə mümkün deyil”. R.Məcid münsiflər heyəti tərəfindən seçiləcək 10 əsərin Ekspert Şurası tərəfindən qiymətləndiriləcəyini deyib: “Çalışırıq ki, 5 nəfərin təmsil olunacağı Ekspert Şurasında elə insanlar olsun ki, sonralar fikir ayrılıqları, narazılıqlar yaranmasın, müsabiqənin obyektivliyi şübhə altına alınmasın”.

Hamlet İsaxanlı bu müsabiqənin ədəbiyyatsevərlər üçün böyük bir şans olduğunu, tanınmayan istedadlı söz adamları üçün bir imkan açıldığını söyləyib.

Teleaparıcı Nərgiz Cəlilova, Dillər Universitetinin kafedra müdiri Fəridə Səfiyeva başqaları kitaba marağın azaldığı bir dövrdə belə bir mükafat təsis etdiyinə görə N. Köçərliyə minnətdar olduqlarını bildiriblər.

Xatırladaq ki, müsabiqəyə hekayələr, povestlər, romanlar digər nəsr əsərləri qəbul olunacaq. Müsabiqəyə müəllifin vətəndaşlığından asılı olmayaraq Azərbaycan dilində yazılmış əsərin dilindən asılı olmayaraq Azərbaycan vətəndaşı tərəfindən yazılmış əsərlər təqdim edilə bilər. Layihəyə informasiya dəstəyini Day.Az, Disput.Az 1news.az xəbər portalları, “525-ci qəzet”, “ZerkaloAzərbaycanqəzetləri, APA İnformasiya Agentliyi, Media FM radiosu verir.

Əsərlər minimum 40 min çap işarəsi həcmində olmalıdır. Eyni zamanda Milli Kitab Mükafatının təqdimat günündən 10 il əvvəlki müddət ərzində yazılmış əsərlər münsiflər heyəti tərəfindən nəzərdən keçiriləcək. Müəlliflərə yaş, cins, yaşayış yeri əsərin nəşr olunma yeri üzrə heç bir məhdudiyyət tətbiq olunmayacaq. Əsərləri yalnız müəlliflər təqdim etməlidir bura həm dərc olunmuş, həm dərc olunmamış əsərlər daxildir.

Namizəd əsərlər dekabrın 31-dək qəbul olunur. Fevralın 10-da isə 10 əsərin daxil olduğu kiçik siyahı Ekspert Şurasına təqdim ediləcək. May ayının 1- 3 qalibin adı elan olunacaq. Qaliblərə 3000, 2000 1000 manat məbləğində mükafat veriləcək.

 

 

S.MÜRVƏTQIZI

 

525-ci qəzet.- 2009.- 18 noyabr.- S.7.