“Gənclər avanqardda:
səslər və rənglər aləmində”
müzakirə edilib
Azərbaycan Bəstəkarlar
İttifaqının (ABİ) 75 illik yubileyinə həsr olunmuş Beynəlxalq musiqi festivalı çərçivəsində
gənc bəstəkarların
estrada musiqisindən
və gənc rəssamların sərgisindən
ibarət “Gənclər
avanqardda: səslər
və rənglər aləmində” mövzusunda
məclis keçirilib.
ABİ-nin mətbuat xidmətindən verilən
məlumata görə,
incəsənətin müxtəlif
sahələrini təmsil
edən gəncləri
bir araya gətirmək məqsədi
daşıyan məclis
Məsud Kazıminin dirijorluğu ilə “Con
tempo” solistlər ansamblının
(bədii rəhbər
Nizami Zeynalovdur) ifasında gənc bəstəkar Vasif Allahverdiyevin “Muğamsayağı”
əsəri ilə açılıb.
Məclisdə gənc bəstəkarlardan Rüfət
Xəlilovun “Tapmacalar”,
Tahir İbişovun “Buxarlanma”, Ayaz Qəmbərlinin “Köhnə
qrammofondan vals”, Türkər Qasımzadənin
“Turş gilənar dadlı fikirlər”, Xədicə Zeynalovanın
“E-D-Es”, Firudin Allahverdinin
“Çayxana” əsərləri,
Kərəm Əkbərin
simli kvintet üçün “Nonet”i və Aliyə Məmmədovanın “Trio”su
səslənib.
Tədbir çərçivəsində
gənc rəssamlardan
Rəna Əmrahova, Leyla Mirzəzadə, Əsmər Nərimanbəyova,
Vüqar Quliyev və Rəşad Babayevin müxtəlif mövzulu əsərlərindən
ibarət sərgi nümayiş etdirilib.
Gənclərin yaradıcılığına həsr olunmuş tədbirdə Azərbaycan
Bəstəkarlar İttifaqının
sədri, xalq artisti Firəngiz Əlizadə də iştirak edib.
Ötən gün həmçinin gənc bəstəkarların əsərlərinin
lent yazısında dinlənilməsi
və müzakirəsi
təşkil olunub.
SARA
525-ci qəzet.- 2009.- 18 noyabr.- S.7.