Fikrət SadıqınOxu kitabıişıq üzü görüb

 

Bu günlərdəNərgiznəşriyyatında dəyərli şair Fikrət SadıqınOxu kitabıçapdan çıxıb. Şair İlyas Tapdıq kitaba yazdığı önsözdə Fikrət Sadıqınhər kəsə bəlli olan həqiqətləri şeirlərində təzə deyimlə, daha təsirli, daha mükəmməl dediyinivurğulayır: “Fikrət Sadıq ədəbi ictimai korifeylərimizi danmır, onlardan öyrənir, dədə-baba ədəb-ərkanına, tarixi-mənəvi sərvətlərimizə hörmətlə yanaşır. Fikrət Sadıq yaradıcılığında Dədə-Qorqud dastanında işlənən, xalq bayatıları deyim tərzi ilə yanaşı Tofiq Fikrət, Orxan Vəli, Rəsul Rza şeirlərinin fəlsəfi deyim tərzi ilə rastlaşmaq olur. Lakin Fikrət Sadıq şeirinin bu bənzəyişi daha çox formaca özünü göstərir. Fikrətin şeirləri məzmunca Fikrət Sadıq poetik axtarışının bəhrələridir”.

Səksən yaşın astanasında müəllifin oxuculara təqdim etdiyi bu kitab gənclər üçün bir oxu kitabı, müdriklik mənbəyi təsiri bağışlayır. Şairlə söhbətimizdə o, kitabın yazılma səbəbini belə açıqladı: “Vəzn, şəkil məzmunca bir-birinə bağlı 20 şeirdən ibarət bu kitabın adınıOxu kitabıqoydum. Bilirəm ki, indi kitab oxuyanlar azalıb. Amma hələ var. Kitaba nəsihət ibrət dolu həqiqətlər toplanıb. Mən indi əsl baba yaşındayam. Gənclərə bir-iki kəlmə söz deməliydim. O bir iki kəlmə söz elə bu kitabdadı”.

Şairin kitabda yer alanSonuncu təsəlli ümiddir”, “Şübhə həqiqət”, “Çəkilirəm”, “Neynirəm”, “Dəyişilibdi”, “A kasıb”, “Qələm”, “Əzan”, “Kitab oxukimi şeirlərində həyat həqiqətləri poetik şəkildə qələmə alınıb müdrik ümumiləşdirmələrlə gənclərə təqdim olunub.

 

 

Sevinc MÜRVƏTQIZI

 

525-ci qəzet.- 2009.- 24 noyabr.- S.7.