“Dağ çiçəkləri”
almanaxı təqdim olunub
Yazıçılar Birliyində (AYB) İsmayıllı rayonunda
fəaliyyət göstərən
“Dağ çiçəkləri”
Ədəbi Məclisinin
eyniadlı almanaxının
təqdimatı keçirilib.
Kitabda Bakıda yaşayan, əslən İsmayıllı rayonundan
olan, həmçinin indi də orada
yaşayıb-yaradan şairlərin şeir və hekayələri toplanıb. AYB-nin mətbuat xidmətinin rəhbəri Ədalət
Əsgəroğlunun verdiyi
məlumata görə,
kitabda 77 müəllifin
500-dən çox əsəri yer alıb. Müəlliflər tanınmış şair Musa Yaqub və Əkrəm
Şirinov tərəfindən
yaradılan, vaxtilə
İsmayıllıda müəllim
işləyən görkəmli
yazıçı Fərman
Kərimzadənin xeyir-duası ilə fəaliyyətə başlayan
“Dağ çiçəkləri”
ədəbi məclisinin
üzvləridir.
Tədbirdə çıxış
edən AYB-nin katibi, xalq yazıçısı
Fikrət Qoca, şairlər Musa Yaqub, Maarif Soltan, Şahməmməd Dağlaroğlu,
Əzizə Ağahüseynqızı,
tənqidçi Vaqif Yusifli və başqaları İsmayıllının
gözəl təbiəti
kimi rəngarəng olan bu nəşri
böyük nailiyyət
kimi dəyərləndiriblər.
Tədbirdə iştirak edən şairlər yeni şeirlərini oxuyublar.
SARA
525-ci qəzet.- 2009.- 24 noyabr.- S.7.