Mahirə AbdullanınQarabağsız şeirləri

 

Bu yaxınlardaNurlannəşriyyatında şair-publisist Mahirə AbdullanınQarabağsız şeirlərkitabı çapdan çıxıb. Müəllifin bu 14-cü kitabında onun son iki ildə yazdığı şeirlər toplanıb. Kitabı vərəqlədikcə bu şeirlərin həqiqətən vətən həsrətinə bələndiyinə, Qarabağsızlıq dərdinin poetik ifadəsi olduğuna inanırsan. Buradakı şeirlərin bir-ikisi istisna olmaqla, qalanlarında konkret olaraq Qarabağın adı çəkilmir. Zahirən bu şeirlər vətəndaş qeyrətli, amma cəmiyyətinin ümumiləşmiş qayğıları, problemləri çatışmazlıqlarının doğurduğu bir mənin daxili dünyasının poetik əksi təsirini bağışlayır. Ancaq bütövlükdə şeirlərin alt qatına nüfuz edəndə həmin MƏNli şeirlərin BİZİM QARABAĞ DƏRDİMİZ üzərində yazıldığını asanlıqla sezmək olur. Bu vətənini tanrılaşdıran bir şairənin müqəddəs duyğuları, illərlə Qarabağsız yaşamağa tab edə bildiyinə görə özünə özününkülərəhəmvətənlərinə qarşı yönəlmiş etirazının sözlə çəkilmiş rəsmidir:

 

Alt-üst edən tufanlar

tüğyan edir başımda

Qarşımda iki gözümdən,

özümdən öncə bir Tanrı var-

 

Vətən!!!

 

Alliterasiya assonanslarla zəngin, fərqli düşüncənin orijinal qafiyələrlə təqdim olunduğu şeirlər, narahat fikirlər içərisində vurnuxan şairənin neçə ildir ki, Qarabağsız yaşadığından qara gününün hönkürtüsünə çevrilən ağılarıdır:

 

Atam vardı, Vətən vardı,

Sığınmağa qucaq vardı

 

İsinməyə od vardı, ocaq vardı.

Şax kişi, saytal kişi, Dağlarda qartal kişi

Sipərdi sinəsi, qalaydı, qayaydı kürəyi

Kürüyə bilmirəm sinəmdəki ağrını...

 

Bəyaz ömür”, “Buracan gözəl gəldimMənbölümlərində oxuculara təqdim olunan şeirlər ayrı-ayrı mövzulara həsr edilibsə , bütövlükdə bir Vətən Poeması təsiri bağışlayır. Dərin mənayla uğurlu nəzm texnologiyasının vəhdəti şeirlərin daha da oxunaqlı olmasını sərbəst şeir olmasına baxmayaraq, asanlıqla yadda qalmasını təmin edir.

 

 

Sevinc MÜRVƏTQIZI

 

525-ci qəzet.- 2009.- 20 noyabr.- S.7.