Bəstəkarlar İttifaqının yubileyilə bağlı Beynəlxalq Musiqi Festivalı yekunlaşıb

 

Azərbaycan Bəstəkarlar İttifaqının 75 illik yubileyinə həsr olunmuş Beynəlxalq Musiqi Festivalı çərçivəsindəGənclər avanqardda: səslər rənglər aləmindəməclisinin müzakirəsi ilə bağlı dəyirmi masa keçirilib. Gənc bəstəkarların məclisdə ifa olunmuş əsərləri lent yazısında dinlənilib tədbir iştirakçılarının müzakirəsinə verilib. Bəstəkarlar İttifaqının sədri, xalq artisti Firəngiz Əlizadə çıxış edərək, gənc bəstəkarların əsərlərini böyük ilhamla yazılmış əsl sənət nümunələri hesab etdiyini, ölkəmizdə istedadlı gənclərə həmişə diqqət qayğı ilə yanaşıldığını vurğulayıb.

Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyasının professorları – sənətşünaslıq doktoru, əməkdar incəsənət xadimi İmruz Əfəndiyeva, Zümrüd Dadaşzadə, Moskva Konservatoriyasının professorları Aleksandr Çaykovski, Vyaçeslav Meduşevski, Tacikistan Bəstəkarlar İttifaqının sədri Qüdrətullu Hikmətov və başqaları gənc bəstəkarların yardıcılığını yüksək qiymətləndirib, ifa olunan əsərləri peşəkarlıq və ustalığın məhsulu kimi dəyərləndiriblər.

Noyabrın 17-də M.Maqomayev adına Dövlət Filarmoniyasında Bəstəkarlar İttifaqının 75 illik yubileyinə həsr olunmuş Beynəlxalq Musiqi Festivalına yekun vurulub. Festival çərçivəsində simfonik, kamera-instrumental, vokal-instrumental, estrada digər janrlarda yeni əsərlər səslənib. Altı gün ərzindəAzərbaycan bəstəkarlıq məktəbi: axtarışlar perspektivlərmövzusunda beynəlxalq konfrans, “Musiqi dünyasıjurnalının 10 illik yubileyinə həsr olunmuş tədbir, “Gəncləravanqardda: səslər rənglər aləmindəkonsert- sərgi, həmin mövzuda dəyirmi masa keçirilib”.

Qeyd edək ki, gənc bəstəkarlar arasında “Ən yaxşı konsert pyesi” üzrə təşkil olunmuş müsabiqədə münsiflər heyətinin qərarı ilə Rüfət Xəlilovun bəstələdiyi simfonik orkestr üçün rapsodiya birinci yerə layiq görülüb. İttifaqın sədri laureata fəxri fərman təqdim edib.

Qazaxıstan Bəstəkarlar İttifaqının sədri Balnur Kadırbek yubiley munasibətilə Azərbaycan bəstəkarlarını təbrik edərək Firəngiz Əlizadəyə xatirə hədiyyəsi verib.

Gecədə Ü.Hacıbəyli adına Dövlət Simfonik Orkestrinin ifasında Rüfət Xəlilovun, Kamal Əhmədovun, Ağadadaş Dadaşovun, ukraynalı İqor Şerbakovun və moldovalı Gennadi Çobanunun əsərləri səslənib.

Tədbirlər Fikrət ƏmirovunAzərbaycankapriççiosu ilə yekunlaşıb.

 

 

SARA

 

525-ci qəzet.- 2009.- 20 noyabr.- S.7.