Gənclər Kitabxanasında
“Bir könül sevindirdim”
Cəfər Cabbarlı
adına Gənclər Kitabxanasında
“Qafqaz Media” İctimai
Birliyinin təşkilatçılığı
ilə “Bir könül sevindirdim” adlı tədbir keçirilib. Tədbirdə
Respublika Gözdən
Əlil Uşaqlar üçün İnternat
məktəbinin 11-ci sinif
şagirdləri Nuranə
Nursuzun “Körpə ömrüm səni arar” və Mansur Qadirin “Necə sevməyim” kitablarının
təqdimatı olub. Birliyin rəhbəri Azadə Talehin verdiyi məlumata görə, tədbirdə
çıxış edən
şair Nurəngiz Gün, Əli Xankişiyev, şair Rauf İlyasoğlu və başqaları hər iki gəncə
uğur arzulayıb, onların kövrək hisslərlə yazdığı
bu şeirlərdə
bir ümid olduğunu bildiriblər.
SARA
525-ci qəzet.- 2009.- 20 noyabr.- S.7.