Gənc bəstəkar
Türkər Qasımzadə
Amerikada Azərbaycan musiqisini uğurla təmsil edir
Son zamanlar gənc
Azərbaycan bəstəkarı
Türkər Qasımzadənin
ABŞ-dakı yaradıcılıq
uğurları ilə
əlaqədar xəbərlər
mətbuatda müntəzəm
dərc edilir. Bu xəbərlər sırasında onun Nyu Yorkda bəstələdiyi
əsərlərin peşəkarlar
tərəfindən ifa
olunması barədə
məlumatlar da yer alır.
T.Qasımzadə hazırda Heydər
Əliyev Fondunun maliyyə dəstəyilə
Nyu York Manhetten konservatoriyasının bəstəkarlıq
üzrə magistratura
kursunda təhsil alır. Bugünlərdə gənc istedadla bağlı daha bir sevindirici
xəbər yayılıb.
Söhbət Türkərin
Nyu York Manhetten konservatoriyasının
“Greenfield” zalında şəhər ictimaiyyəti
üçün keçirilmiş
konsertdəki uğurundan
gedir. Konsertdə sözügedən konservatoriyanın,
dirijor Elliot Moorenin rəhbərliyi altında fəaliyyət göstərən kamera ansamblının ifasında
Türkərin “Bir saylı əsər”i səslənib. Türkərin yaradıcılıq uğurlarından məlumatlı
təşkilatçılar bu əsərin ifasını konsertin son nömrəsi kimi proqramlaşdırıblar
və konsert sürəkli alqışlar
altında, azərbaycanlı
bəstəkarın əsərinin
ifası ilə yekunlaşıb. Əsəri
dinləyən peşəkar
musiqiçilər
onu yüksək qiymətləndiriblər. Türkərə
ünvanlanan təbriklərdən
birinin müəllifi,
tanınmış bəstəkar
R.Fuetinq yazır: “Salam, Türkər! Əsərinin Amerikada bu ifasına görə təbriklər!
Sən yazdığın
musiqiyə görə
böyük bir fəxarət duymalısan.
Bu, olduqca yüksək bir səviyyənin nümayişi idi və sən buna gərgin zəhmətin, sənətə
heyrətamiz bağlılığınla
nail oldun. Əsərin olduqca aydın bir forması, yüksək peşəkar ifası konsert axşamını gözəl bir sonluqla yekunlaşdırdı...”
Amerikadakı yaradıcılıq
fəaliyyəti haqqında
məlumat verən Türkər Nyu Yorkda təhsilə başladığı vaxtdan
bəri yeni əsərlər yazıb
tamamladığını bildirir:
“Onların bir qismi bu ilin
oktyabr-noyabr aylarında
Nyu York Manhetten konservatoriyasının səhnəsində
– “Ades and Performance” və
“
AYTƏN
525-ci qəzet.- 2009.- 27 noyabr.- S.23.